Muslera: "Karyeramın ilk qolunu vurdum"

09.04.2012 | 8115 dəfə oxunub

"Qalatasaray"ın "Manisaspor"u 4:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada qapısını toxunulmaz saxlayaraq klub tarixinə düşən Fernando Muslera təəssüratını bölüşüb. Stadium.az xəbər verir ki, matçdan sonra açıqlama verən uruqvaylı qapıçı əvvəlcə vurduğu qol barədə danışıb:

"Karyeramın ilk qolunu vurdum. Azarkeşlərimizin inanılmaz dəstəyi vardı. Mənə də penaltini vurmaq düşdü. Əksərən, penaltini digər oyunçular vurur, amma bu dəfə bu vəzifə mənə verildi. Bu, hər qapıçıya nəsib olmaz. Məşqçimizə təşəkkür etmək istəyirəm, çünki o icazə verdi. Komanda yoldaşlarıma da mənə bu şansı verdiklərinə görə təşəkkür edirəm. Ümid edirəm ki, qolların davamı gələr".

Bir mövsümdə qol buraxmadığı oyunların sayına görə "Qalatasaray" tarixinə düşən Muslera bunları söyləyib: "İnsana inanılmaz qürur verir. Tarixə düşdüyüm üçün çox xoşbəxtəm, amma bu, bütün komandanın uğurudur. Qol buraxmamaq üçün komanda yoldaşlarım da üzərlərinə düşəni etdilər. Çempionluğa nə qədər iddialı olduğumuzu bir daha göstərdik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail