Elmar Baxşıyev: "Onda işin bəhrəsini görürsən, nəticə də bəzən alınır, bəzən yox"

22.08.2021 | 3155 dəfə oxunub

“Öncədən bizi çətin oyunun gözlədiyini bilirdik. Rəqibimiz olan “Keşlə” keyfiyyətli futbolçulardan ibarət komandadır. Həftə ərzində futbolçularımızı belə ağır matça hazırlamağa çalışdıq. Komandamız planı ümumilikdə yerinə yetirdi. Layiqli qələbə qazandıq".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 2-ci turunda evdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Yaovi Akakponu heyətə götürəndə hazır deyildi, uzun müddət futboldan kənar qalmışdı. İlk gündən də perspektiv vəd edən oyunçu idi. Hələ potensialını tam açmayıb və daha yaxşı ola bilər. Qapıçı Nicat Mehbalıyev inandığımız və güvəndiyimiz qapıçıdır. Onun oyunundan razıyam. 2:0 hesabı ilə öndə olanda və yaradılan qol imkanlarından istifadə edə bilməyəndə gərginliyin yaranması normaldır. Rəqib də qalib gəlmək istəyirdi. “Keşlə” də təzyiq göstərirdi və ikinci hissədə öz gücünü ortaya qoydu. Müdafiəyə çəkilmək fikrimiz yox idi. Əks-hücumlar hazırlamışdıq və rəqibin boşluqlarını bilirdik. Oyun göstərdi ki, bundan da yararlandıq. Əlbəttə, nəticəyə də oynamaq önəmlidir. Məni nəticədən öncə komandanın yanaşması və tapşırıqları maksimum yerinə yetirməsi razı salır. Onda işin bəhrəsini görürsən, nəticə də bəzən alınır, bəzən yox" - deyə o bildirib.

E.Baxşıyev deyib ki, komandası daha da yaxşı ola, inkişaf edə bilər: "Fasilədə də həmin epizoda görə Məqsəd İsayevə heç kim irad bildirmədi. Bu, futbolun xırda detalıdır. Belə hallar olur. Onların üzərində çox dayanmaq lazım deyil”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.04.2022

03:14  "Zirə"nin tarixi oyunu VİDEO

29.04.2022

28.04.2022

11:41  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.04.2022

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.04.2022

20.04.2022

04:38  "İnter" - "Milan" - 3:0 VİDEO

19.04.2022

18.04.2022

03:39  PSJ - "Marsel" - 2:1 VİDEO

03:32  "Sevilya" - "Real" - 2:3 VİDEO

17.04.2022

16.04.2022

03:48  "Milan" - "Cenoa" - 2:0 VİDEO

15.04.2022

18:50  "Qarabağ" - "Şamaxı" - HEYƏTLƏR

16:30  "Qəbələ" - "Sumqayıt" - HEYƏTLƏR

11:50  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

11.04.2022

10.04.2022

19:36  “Səbail” – “Qəbələ” - HEYƏTLƏR

17:35  “Sumqayıt” – “Qarabağ” - HEYƏTLƏR

11:28  Günün oyunlarına necə baxaq? - TV AFİŞA
   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail