"Qarabağ" hazırlıqlı komandadır" - Keçmiş "Qarabağ"lı

28.09.2018 | 4554 dəfə oxunub

"Qarabağ"ın oyunlarının nəticələrini izləyirəm. Hərdən klubun bəzi işçiləri ilə əlaqə saxlayıram. Onların güclü komandası var. "Vorskla" üçün "Qarabağ"la həm ev, həm də xüsusən səfər oyunu çətin olacaq. "Qarabağ" hazırlıqlı komandadır və Avropa turnirlərin təcrübəsi rəqibin tərəfindədir".

Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Sergey Kravçenko Ukrayna mətbuatına müsahibəsində deyib. Hazırda ölkəsi Ukraynanın "Dnepr-1" klubunun şərəfini qoruyan 35 yaşlı yarımmüdafiəçi "Vorskla"nın "Arsenal"la oyunu haqda danışıb: "Arsenal"ın baş məşqçisi Unay Emerinin meydana döyüşkən heyət buraxması məni təəccübləndirdi. Deməli, "Vorskla"ya hörmət edirlər. Poltavalıların "Emirates" stadionunda iki qol vurmağı və böyük hesablı məğlubiyyətdən qurtulmağı bacardı. Belə müsbət emosiyalar "Vorskla"ya "Zarya" ilə çempionatın prinsipial matçında qalib gəlməkdə kömək etdi".

S.Kravçenko "Vorskla"nın Avroliqada qrupdan çıxmaq şanslarını da dəyərləndirib: "Ümid sonda ölür. Hərçənd, açıq danışsaq, "ağ-yaşıllar" çətin ki, sensasiya edə bilsinlər".

"Qarabağ" və "Vorskla" arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaq.

S.Kravçenko 2005-ci ildə "Qarabağ"da çıxış edib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail