"Klopp ilə birlikdə "Liverpul" mənə "Borussiya"nı xatırladır"

17.11.2016 | 4742 dəfə oxunub

Mövsümün əvvəlində Dortmund "Borussiya"sından "Mançester Siti"yə transfer olunan İlkay Gündoğan hazırda "Liverpul"u çalışdıran sabiq baş məşqçisi Yurgen Klopp haqda danışıb.

Stadium.az xəbər verir ki, Almaniya milli komandasının üzvü "Liverpul"u "Borussiya"ya bənzədib: "Klopp ilə birlikdə "Liverpul" mənə "Borussiya"nı xatırladır. Oyun tərzi, futbolçuların sahib olduğu özəlliklər və bir çox başqa şeylər Dortmund klubuna çox bənzəyir".

Türk əsilli futbolçu Kloppun "Liverpul"da uğurlar qazanacağına inandığını söyləyib: "Klopp "Liverpul"da çox uğurlar qazanacaq. Onların çempionluq şansları çoxdu. Çünki avrokuboklarda mübarizə aparmırlar və bütün diqqətlərini Premyer Liqaya yönəldiblər".

Alman mütəxəssisi Qvardiola ilə müqayisə edən yarımmüdafiəçi "İkisi də fərqli insanlardı. Qvardiola oyuna nəzarət etməyi sevən bir məqşçidi. Klopp isə birəbir mübarizələr və dönən toplar üzərində çox çalışan məşqçidi. Mən Tuçel də daxil olmaqla hər üçünü sevirəm və üçüylə də yaxşı münasibətlərim var" deyə fikirlərini bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail