8 Martdan bir xeyli əvvəl...

23.01.2016 | 13148 dəfə oxunub

Bu yay gəlməmiş çırmanmaqdı, arxı keçməmiş hoppanmaq. Bəs 8 Mart kimi təntənəli, sevimli, heç vaxt yaddan çıxmayan bayramdan bir xeyli əvvəl bu məsələni niyə yada salıram? Bu arvaddan qorxmaq mərəzi deyil. Bakılılar demiş, tamam alayı məsələdi, qardaşlar.

Qardaşlar, məsələ belədi. Ölkəmizin bu başından o başınacan vur-tut 10-15 min azarkeşin izlədiyi Premyer Liqamızı xanımların qarğışı tutub. Biz azarkeşlərə dedilər ki, vaxtınızı belə maraqsız işə sərf etməyin, qulaq asmadıq. Dedilər ki, görmüsünüz axı boş tribunalar qarşısında 22 saqqallı cavanın ora-bura qaçmasında? Onlar çox dedi, biz az eşitdik. İnsafən, xanımlar hələ güzəştə getdilər. Dedilər ki, can sizin, gül kimi cəhənnəm Tanrının, futbol üçün belə çox darıxırsınızsa, heç olmasa İspaniya, İngiltərə, Almaniya, İtaliya, bədəbəd ayaqda Fransa çempionatına baxın. Biz etdik? edəcəyik, guya özünüz bilmirsiniz? Öz Premyer Liqamıza baxıb möcüzə gözlədik. Bu da sonu. Xanımlar da əllərini göyə açıb necə qarğıdılarsa...

Klublarımızdakı xeyir-bərəkət, bolluq firavanlıq göyə çəkildi, pulu günün günortaçağı çıraqla axtarmağa başladılar. Premyer Liqada oynayan 10 klubdan yarıdan çoxu təlim-məşq toplanışını xarici ölkələrdə yox, elə buralarda - Bakıda, Ləkidə keçirməyə məcbur oldu. Ala-babat transferlər keçirməyə imkanları qalmayıb.

Çox demirəm, cəmi bir il öncə fərqli bir mənzərə idi. Klublarımız qış hazırlığını Avropanın gözəl-gözəl yerlərində keçirdi, futbolçularımız doyunca təmiz dağ havası udub məşq edirdilər. Qonşu Türkiyənin Antalya şəhərinə gedənlərin günü pis keçmirdi. Amma indi toplanış üçün Hacıqabula getmək çətinə düşüb, pul lazımdı axı.

Bu soyuqda heç uzağa getməyin, ötən çempionat yadınızdadır da, bəzi futbolçularımız bahalı xarici maşınları adamların üstünə sürürdü, qırqovulun sol budunu matçdan öncə, sağ budunu oyundan sonra yeyirdi, içalatını isə bazanın pəncərəsindən çölə tullayırdı. Xanımların qarğışı deyəsən düzdoqquzluğa" dəydi... İndi hər şey adama nağıl kimi görünür. Həmkarlarımdan biri vəziyyəti o gün necə ustalıqla qeyd eləmişdi - futbolumuzpirojki dövrü qayıdır.

Kassasında siçanların mini-turnir keçirdiyi klublarımızın dərdi-səri azmış kimi, AFFA PFL- bir yandan onların gününü göy əskiyə büküb. AFFA deyir, pulumu ver, PFL deyir ki, borcumu qaytar. Hələ Nuh əyyamında satdığı topların məsələsini gündə neçə dəfə klubların başına sərki kimi vurur. Klublarımız da üzə dirəniblər, biri deyir, sənin satdığın top keyfiyyətsiz idi, boş qapıdan da keçmirdi, o biri deyir ki, o top idi, rəqib qapısına tərəf vururduq, qayıdıb öz qapımızda girirdi.

Hələ sizXəzər Lənkəran"ın PFL-ə cavabına bir baxın. Deyirlər ki, biz sizdən top-filan almamışıq, öz topumuzla oynamışıq. Qardaşlar, hələ bunlar öz topları ilə oynayıblar sonuncu yerdədirlər, görün PFL-in satdığı topla oynasaydılar, günləri necə olacaqdı...

Bəzi klublarımız isə PFL-i borclu çıxarmaq istəyir. Deyirlər ki, teleyayıma görə bizə söz verdiyiniz pulu zaman ödəyəcəksiniz? Guya PFL teleyayım məsələsində klublara söz verib ki, sizin oyunlar Danimarkada da göstəriləcək. Amma sonra məlum olub ki, bizim Premyer Liqaya heç Daşkəsəndə tamaşa edən olmayıb. İndi belə çıxır PFL klublara atıb?

Sözün düzünü deyim ki, kimin kimə neçə top, neçə dollar borclu olduğunu dəqiq bilmirəm, heç hesablamaq fikrində deyiləm. Bildiyim başqa məsələdi. Çempionatımız xanımların qarğışına tuş gəlib. Başqa ola bilər ki? Lütfən, başqa səbəblər gətirməyin, neftimizin bir barrelinin bir vedrə su qiymətinə satılmağını, manatımızın qripə yoluxmasını bəhanə-filan gətirməyin. Dünyanın hər yerində iqtisadi böhran olduğunu da deməyə gərək yoxdur. Onu siz demədən bilirəm.

Futbolumuza qarğış olunub, vəssalam. İnanmayanları görüm elə xanımların qarğışı tutsun...

Etibar CƏBRAYILOĞLU

Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail