Zəfəran bilməyən uzunqulaq kimi olanlar... AZARKEŞ, DAHA STADİONA GƏLMƏ!

07.08.2015 | 15864 dəfə oxunub

Hələ Avropa Liqasında III təsnifat mərhələsinin cütlükləri bəlli olanda bildirmişdim ki, turu keçməyə ən real namizəd “Qəbələ”dir. “İnter”in bəxtinə çıxan “Atletik”lə başabaş mübarizə aparmaq bu komandanın başı üçün deyildi, insaf naminə. Ancaq onlar başlarından da yuxarı tullanıb məğlub olmalarına rəğmən, İspaniya kubokunun finalçısıyla sona qədər döyüşdülər.

“Qarabağ”la bağlı ayrıca yazacam. Ancaq bəri başdan deyim ki, artıq o babanız ölüb. Qurban Qurbanovun dirildib, sonra öldürdüyü komandanı təzədən diriltmək üçün azı 5 min rükət namaz qılıb, dua edilməlidir ki, gələn transferlərin dəli hürüləri oyansın, bəlkə komandaya faydalı ola bildilər. “Seltik”lə oyunlarda da bunu gördük.

Ümid “Qəbələ”yə idi. Var olsun Qəbələ klubu ki, bütün Azərbaycanı sevincə qərq etdi. İlk oyunda yaşanan məlum bayraq qalmaqalından sonra isə sanki bu oyun bütün ölkə üçün ən vacib işə çevrilmişdi. Hər kəs “Qəbələ”dən qalibiyyət, ermənipərəst yunan tulaları olan kipirlilərin məğlub etməsini istəyirdi. Şükürlər olsun ki, ötən gün Allah bizlərin dualarını qəbul etdi. İlk oyunda olduğu kimi, bu dəfə də Cavid Hüseynovun penaltidən vurduğu qol “Qəbələ”yə tarixi uğur qazandırdı. Komandamız “play off”a yüksəldi. Siravi azarkeşindən tutmuş, klub rəhbərliyinə kimi, içi jurnalistlər qarışıq hamı ötən gün sevinirdi. Hamı sevinc içində idi. Bayrağımızı təhqir edənlərin cəzasını artıqlamasıyla vermişdik. Hə kəs sevinir, o bayrağa əl uzadanları cəzalandıran futbolçuları alqışlayır, əllərini yüksəklərə qaldıraraq “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarları səsləndirirdilər. Amma yenə də, məmmədalısız ötüşə bilmədik... Bu dəfəki məmmədalı, daha doğrusu paz isə Azərbaycan polisi oldu!..

Oyun bitər bitməz stadionda asayişi qorumaq adıyla ora təşrif buyurmuş azarkeşlərə hücum edən polislər, son günlərdə cəbhə xəttində atəşkəsi az qala hər saniyə pozan erməniləri görmüş kimiydilər. Yox, yox, baqışlayın, mən bu polislərdə o vicdanı, namusu görmürəm ki, erməni görsəydi, onu əlinə alıb 5-6 metr o tərəfə atardı. Bunlar şalvarına batırardı...

Ancaq o polis paltarı geynmiş vicdansız isə azyaşlı uşağı (təxmini 14-15 yaşlarında) sanki əlinə balaca oyuncaq almış kimi qaldıraraq yerə çırpmaqdan heç də çəkinmədi. Sanki onun namusuna əl uzatmış idi o azyaşlı... Bu qədər vicdansızlıq olmaz axı!..

Dəyənəklərlə, sillə-təpiklə döyülən o azarkeşlərin günahı nə idi? Niyə vəhşicəsinə onları döyərək xəstəxanalıq etdiz?

Bayrağımıza əl uzadanları alqışladıqları üçün?

Siz ermənisiz, yoxsa bizimki?

İnsanda az da olsa gərək mənəviyyat olsun. O polis paltarını geyinmisiz deyə hər şey edə biləcəyinizi düşünməyin. O formanı sizə ona görə geyindiriblər ki, o insanları qoruyasız. Daha heç kim sizə haqq verməyib ki, qorumalı olduğunuz insanlara qarşı vandalizm, vəhşilik edəsiz!

Ağızına çullu dovşan sığmayan AFFA baş katibi Elxan Məmmədov hara baxır? Ölkə futbolunun başçısı olan Rövnəq Abdullayev niyə bir kəlmə danışmır bu barədə? Sizlərsiz futbolun inkişafını istəyən?

Sizlərə ancaq o kreslo lazımdır, o da sildiyiniz pullar üçün!..

Bu Azərbaycan polisindən hər şey gözləyirəm. Onlar küçədə sivil etiraz aksiyası keçirən hicablı ana-bacıların hicabına əl uzadırdısa, müqəddəs Quranı ayaqlar altına alırdısa demək, bayrağında onlar üçün bir önəmi yoxdur. Bizlər bir müsəlmanıq. Bizlər üçün əvvəl Allahın buyurduğu vacibatlar önəmlidir. RəsulAllahın buyurduğu kimi “Vətəni sevmək isə imandandır”. Bu bayrağı sevmək isə o imanın tərkib hissəsidir. Siz imansızlar isə Qurana, hicaba əl uzatdığınız kimi, bayrağımızı uca tutanlara da əl silkələdiz.

İçinizdə yaxşıları da var, amma imansızlarınız o qədərdir ki... İmanı olmayandan isə hər şey gözləmək olar. O azarkeşi elə vəhşicəsinə döyən polis, sən, zəfəranın nə olduğunu bilməyən uzunqulaq kimisən, hardan biləsən axı, bayraq nədir, ay yazıq!

Sənin üçün, o bayrağın hər bir ilməsini ürəyində bir damar kimi hiss edən azarkeşi hec nəylə, heç bir varla müqayisə edə bilmərəm. O, o bayrağı ürəyinə salmış, sənsə onu ordan qoparmağa can atan düşmənsən...

P.S. Üzümü bütün stadionlara gələn azarkeşlərə tuturam, prinsipiniz olsun, daha gəlməyin stadiona! Nə qədər ki, şəxsən AFFA prezidenti Rövnəq Abdullayev bu işə qarışmayıb, sizin haqqınızı müdafiə etmir, gəlməyin tribunalara. Cəhənnəmə boş qalsın o tribunalar!  

Siz gəlməyin, o futbol rəhbərləri bir neçə oyunu bom boş tribunlar qarşısında qalsalar, o zaman qədrinizi biləcəklər. Sizlərdə də bir qədər prinsip olsun. Stadiona gəl-mə-yin!

ELNUR



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail