İsrail millisinin hücumçusu "Qəbələ"də

04.07.2023 | 583 dəfə oxunub

2023/2024-cü illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə iki yeni futbolçu qatıb.

"Qırmızı-qaralar" Osama Xalailanın transferini gerçəkləşdirib. 25 yaşlı israilli hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Osama peşəkar karyerasına “Bney Saxnin”də başlayıb. 2017-21-ci illərdə bu klubda çıxış etdikdən sonra forvard Təl-Əviv “Makkabi”sinə keçib. O, ötən ilin yayında Bney Reyneh “Makkabi”sinə icarəyə verilib. İsrailin U-18, U-19 və U-21 yığmalarında oynamış Osama əsas millidə də forma geyinib. O, 2021-ci ildə bu komandada debüt edib.

Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektivə qoşulan digər israilli isə Gilad Avramovdur. İsrailli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 23 yaşlı futbolçu peşəkar karyerasına 2018/19 mövsümündə “Hapoel” (Hadera) klubunda başlayıb. Son beş mövsümü bu komandada keçirən yarımmüdafiəçi 118 oyunda 5 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail