Bu gün “Qarabağ”ın Çempionlar Liqasında rəqibi müəyyənləşir - Yenilənir

20.06.2023 | 679 dəfə oxunub

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Qol.az xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Püşkatmada birinci mərhələnin 15 cütü müəyyənləşəcək. 

Yarışa bu mərhələdən qatılacaq Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bu gün bilinəcək. Q.Qurbanovun komandası "səpələnmişlər" səbətində yer alacaq. Ağdam klubunun potensial rəqibləri "səpələnməmişlər" səbətinə daxil olan aşağıda adları qeyd edilən komandalardan biri olacaq:

“Linkoln Red İmps” (Cəbəllütariq), “Ki Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakov” (Polşa), “Partizani” (Albaniya), “Hakken” (İsveç), “Farul”(Rumıniya), “Valmiera” (Latviya), “Balkani” (Kosovo), “Larn” (Şimali İrlandiya), “Hamrun Spartans” (Malta), “Svift” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya), eləcə də 4 komandanın -  (“Buduçnost” (Monteneqro), “Breydablik” (İslandiya), “Tre Penne” (San Marino) və “Atletik”in (Andorra) iştirakı ilə keçiriləcək ilkin mərhələnin qalibi.

Qeyd edək ki, bu səbətdə Ermənistan çempionu da yer alıb. Amma UEFA-nın qərarına əsasən, Azərbaycan və Ermənistan komandaları bir-birinə rəqib ola bilməzlər.

Xatırladaq ki, iyunun 21-də ÇL-də ikinci mərhələnin püşkatması keçiriləcək. Birinci mərhələnin oyunları isə 11/12 iyul və 18/19 iyulda olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail