Kazbek Tuayevin yerinə onu təyin etdilər

20.06.2023 | 675 dəfə oxunub

İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinə yeni direktor təyin edilib.

Aut.az-ın əldə etdiyi məlumata görə, uzun illər bu postu tutan Kazbek Tuayevi Mehman Əlimov əvəzləyib.  37 yaşlı mütəxəssis “Neftçi”nin futbol  akademiyasında 2015-ci ildən təşkilati işlər üzrə  menecer vəzifəsində çalışıb. O, daha əvvəl AFFA Futbol Akademiyasının administratoru olub.

UGİM-ə direktorla yanaşı yeni koordinator da təyin edilib. Söhbət Kamen Vasilyevdən gedir. O, gənclər və idman nazirinin müavini Mariana Vasilyevanın həyat yoldaşıdır. 2015-c ildən bu ilin martına kimi “Zirə” klubunda müxtəlif vəzifələrdə çalışıb.

İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbində bir sıra islahatlar aparılıb. Məktəbə nəzarət Gənclər və İdman Nazirliyinin şöbə müdiri, “Neftçi”nin sabiq icraçı direktoru Elnur Məmmədova tapşırılıb. Məktəbin iki komandası olacaq – “Ulduz” və UGİM. Akademiya Abşeron İdman Kompleksində məskunlaşacaq. Futbolçular burada məşq etməklə yanaşı, təhsil də alacaqlar.

Məqsəd UGİM-i ölkənin ən yaxşı futbol akademiyalarından birinə çevirməkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail