Elmar Baxşıyev: "Komanda olaraq mövsümdə ən zəif oyunumuzu keçirdik"

19.03.2022 | 4033 dəfə oxunub

“Neftçi”ni təbrik edirəm. Bəlkə də komanda olaraq mövsümdə ən zəif oyunumuzu keçirdik. Amma inanıram ki, qarşıdakı matçlarda daha məzmunlu oyun görəcəyik. Çətin rəqiblərdir. Əsas rəqiblərimiz olan bu üç komanda ilə əvvəlki dövrələrdə daha çox xal toplamışdıq. Bir oyun digərindən fərqlənir". 

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 20-ci turunda "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bu komandaya inanıram, daha yaxşı olacaq. Futbol ehtimalla deyil, əsas yanaşma düzgün olmalıdır. Sərəncamımda olan futbolçular daha yaxşı nəticəyə köklənə bilər. Ilk qolu standartdan, ikincini qapıçının mövqe səhvindən buraxdıq. Sonra toparlanmaq bir az çətin olur. Futbolçunu səhvə görə kəsib atmaq da olmur. Nicatı qazanmalıyıq. O, nə qədər səhv etsə də, ona dəstək göstərəcəyəm. Futbolda səhvsiz mümkün deyil. İnanıram ki, Nicat toparlanacaq və səviyyəsini daha yaxşı göstərəcək” - deyə o bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail