"Neftçi” və “Sumqayıt” arasında əvvəlki oyunlar o qədər şişirdilib ki"

14.03.2022 | 3513 dəfə oxunub

"Birinci dəqiqədən sona qədər gərginlik hiss olunurdu. Rəqibin də haqqını vermək lazımdır. Yaxşı mübarizə apardılar, bizə problem yaratdılar. Onlar müdafidədə sıx oynayırdılar. Birinci hissədə qapılarına yaxınlaşa bilirdik. Dəqiqələr ötdükcə bu, çox çətinləşdi. Seriyamıza davam etmək istəyirik". 

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 19-cu turunda "Sumqayıt"a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, "Neftçi" futbolçularının meydana rahat çıxması fikri ilə razılaşmadığını bildirib: "Rahatlıq deməzdim. Buna imkan vermirik. Gərginlik var idi. “Neftçi” və “Sumqayıt” arasında əvvəlki oyunlar o qədər şişirdilib ki...Şişirdilib deyəndə, həmişə keçmişə baxırıq. Qol vurduq, sonra buraxdıq. Son nöqtələr, vuruşlar bu oyunda yaxşı olsaydı, bəlkə də ilk yarıda oyunun taleyini həll edə bilərdik. Bunu da yavaş-yavaş aradan qaldırmağa çalışacağıq".

Abasov qapıçı Kamran İbrahimovun çıxışı barədə də danışıb: "Sabah Kamrana ehtiyacımız ola bilər. Səhvi deyiləcək, göstəriləcək özünə. O, yerli qapıçıdır. Limit məsələsi var, istifadə edirik yerli kimi. O, qarşıdakı oyunlarda da qapıda dayana bilər. Bunları təcrübə ilə aradan qaldıra bilər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail