Mahir Xorvatiya nəhənginə keçir?

09.01.2022 | 8593 dəfə oxunub

Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli karyerasını Xorvatiyada davam etdirə bilər. Stadium.Az xəbər verir ki, Zaqreb "Dinamo"su 25 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

Paytaxt klubu iki məsələyə görə Emrelinin transferində maraqlıdır. Bunlardan birincisi hücum xəttini gücləndirmək məqsədi daşıyır. Digər məqam isə ondan ibarətdir ki, Varşava təmsilçisinin "Dinamo"ya 1,2 milyon avro borcu var. Polşalılar cari mövsümün əvvəlində Zaqreb klubundan 1,4 milyon avroya aldığı albaniyalı forvard Lirim Kastratiya görə qarşı tərəfə hələlik cəmi 200 000 avro ödəyib.

Bunu nəzərə alan Xorvatiya klubu 2 milyon avro qiyməti olan Emrelini daha aşağı məbləğə transfer etmək niyyətindədir. Tərəflər razılığa gəlsələr, "Dinamo" bu keçid üçün Legiya-ya cəmi 800 000 avro təzminat ödəyəcək.

"Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında Legiya-nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail