Qurbanov qazanılan ilk xalı şərh edib
"Ardıcıl məğlubiyyətlər bizə çox pis təsir edirdi. Çətin də olsa, bu vəziyyətdən çıxmağa nail olduq".
Bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, Ağdam klubu kimi rəqiblə matçda qazanılan 1 xal önəmlidir: "Oyunçular qorxmadılar, xarakter göstərdilər. Sonadək inandılar, mübarizə apardılar. Onları təbrik edirəm. "Qarabağ" topla oynamağı sevir. Ona görə də oyunadək bütün məşqlərdə yalnız müdafiənin üzərində çalışmışdıq".
Qurbanovun sözlərinə görə, qırmızı vərəqə alması baş hakimin qərarı ilə razılaşmamağı ilə bağlı idi: "Matçı kənardan izləmək çətindir. Uduzmaq istəmirdik. Bu, bizim inkişafımız üçün önəmlidir. Komandamızın meydanda yatdığını deməzdim. Sonadək oyundan qopmadılar".
Baş məşqçi bu həftə ərzində gərginliyi tamamilə aradan qaldırdıqlarını söyləyib: "Məşqlərdə ancaq deyib-gülmüşük. İstər-istəməz emosional olursan. Bu gün futbolçuların meydanda futboldan, rəqibdən həzz almasını istədim". "Qarabağ"la matçda bərabərlik qolunu vuran Aldair Netonun ötən tur özünə yaraşmayan səhv etdiyini xatırladan Qurbanov onunla ciddi söhbət etdiyini deyib: "Biz oyunçuların inkişafını istəyirik. Onların uşaq səhvləri etməsinə qarşıyıq. Biz onları meydanda daha yaxşı görmək arzusundayıq. Çünki səhvlər komandaya mənfi təsir edir. Bəzən fikirlərimi onlara aqressiv şəkildə çatdırıram. Futbol belədir. Bu cür hallar bizim üçün böyük təcrübədir. Neto bu gün də arxaya doğru təhlükəli gediş etdi. Bəlkə də psixoloji gərginliklə bağlıdır. Qol vurması özü üçün də yaxşıdır. Daha əvvəl Boyoviçə əsəbi idim. Ona dedim ki, sən təcrübəli futbolçusan, belə məsuliyyətsizlik etməyə haqqın yoxdur".
Qurbanov qazanılan 1 xalın komandası üçün vacib olduğunu vurğulayıb: "Bu, komandaya təkan olmalıdır. Hər baş məşqçiyə zaman lazımdır. Həftəlik proqramla işimizi davam etdiririk. Bu xal bizə pozitivlik gətirəcək" (Report).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |