Samir Abbasov: "Təəssüflər olsun ki, planımız baş tutmadı"

26.08.2021 | 4450 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Samir Abasov İsraildə "Makkabi" (Hayfa) klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında qarşılaşma barədə danışıb. Stadium.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis Bakıda 3:3 hesablı heç-heçə etdikləri ilk matçdan gözləntilərinin böyük olduğunu bildirib:

"Bu cür oyuna belə itkilərlə gəlmək yaxşı hal deyil. Əsas heyətin 3 üzvü sabah oynamayacaqlar. Rəqibin nə qədər güclü olduğunu Bakıda da gördük. Keyfiyyətli oyunçulardan yığılmış komandadır. Konfrans Liqası üçün güclü olan kollektivlə qarşılaşacağıq. Çox yaxşı hücum xəttinə malikdir. İlk oyunda da bunu hiss etdik. 3-4 gün öncə "Makkabi" kubok matçı keçirib. Həmin matçda baxdıqdan sonra bir daha şahidi olduq ki, komandanın oyununda keyfiyyət azalmayıb. Bu, bizə problem yarada bilər. Amma İsrailə elə-belə gəlməmişik. Başa düşürük ki, son şansımızdır. Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik. Bakıda bu komandaya 3 qol vurmuşuqsa, burada da edə bilərik.

Təəssüflər olsun ki, planımız baş tutmadı. Rəqibi keçmək olar. Amma olduqca ciddi itkilərimiz var. Xüsusilə Yusuf Lavalın olmaması bizə problem yaradacaq. Bu cür meydanda, azarkeşlər qarşısında oynamaq asan olmayacaq. Sonadək mübarizə aparıb, yaxşı nəticə qazanmaq istəyirik.

İlk növbədə qol buraxmamalıyıq. Bakıdakı matçda rəqibin ustalığı ön plana çıxdı. Əvvəlcə bu problemləri aradan götürməliyik. Rəqibin hücumlarının qarşısını ala bilsək, Bakıya yaxşı nəticə ilə qayıda bilərik. Futbolçular cəzalı duruma düşəndən sonra beynimizdə müəyyən variantlar yarandı. Start heyətimiz bəllidir, sadəcə, indi açıqlamaq istəmirəm.

Bilirəm, müdafiədəki səhvləri nəzərdə tutursunuz. Amma bu, bütün komandanın səhvidir. Əlimizdəki oyunçuların hamısı matça hazırdır. Bəzilərinə istirahət verdik. Çünki ilk oyun çox ağır keçmişdi. Bəlkə də yorğunluğun fonunda səhvlər etdik. "Zirə"yə qarşı çempionat oyununda meydana fərqli oyunçuları buraxdıq. Düşünürəm ki, bu yolla həmin yorğunluğu aradan qaldırdıq.

Bizim onlar üçün edə biləcəyimiz şey şans verməkdir. Hər şey öz əllərindədir. Gərək, oynasınlar ki, nəyəsə qiymət verək. Onlara inanıram. Düşünürəm ki, bu, həmin gənclərə kömək edə bilər.

Bu gün "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail