Qurban Qurbanov: "Azarkeşlər hər iki kollektivin oyunundan zövq alacaq"

26.08.2021 | 4431 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyada "Aberdin"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında oyun haqda danışıb: 

- Çox vacib oyundur. Neçə matçdır ki, ağır yol gəlmişik. Sabahkı görüşdə bir komanda durmalıdır. Rəqibi çox istəkli görürük. Sabah azarkeşlər hər iki kollektivin oyunundan zövq alacaq. 

- Azərbaycandakı oyunda "Aberdin"lə bağlı nələri öyrənmisiniz?

- Klub haqqında məlumatımız çoxdur. Sadəcə, hər oyunçunun potensialını daha yaxından öyrəndik və onları daha yaxşı tanıdıq. Çox istəkli komandaya və futbolçulara qarşı oynayacağıq. Mən həmişə düşünmüşəm ki, belə komandalara qarşı oynamağın faydası var. Yaxşı oyun öz yerində, "Aberdin"ə qarşı meydanda yaxşı mübarizə aparmalıyıq. Rəqibin fiziki cəhətdən yaxşı futbolçuları var. Çox şey demək olar. Bu gün hələ ki, bunlar bəs edər.

- "Aberdin"də hansı oyunçuları təhlükəli hesab edirsiniz?

- Hansısa oyunçu haqqında fikir bildirməmişəm. Amma komanda olaraq rəqibin təhlükəli olduğunu bilirəm. Bakıdakı oyundan əvvəl də öz fikirlərimi bildirəndə demişdim ki, onların özlərinə məxsus oyun üslubları var. Həmin oyun üslubunu da oyunçuların hamısı düzgün yerinə yetirir. Çox bacarıqlı baş məşqçiləri var. Sabahkı oyunda yaxşı oyunçulara və kollektivə qarşı mübarizə aparacağıq. Bunun üçün hazırlaşmışıq.

Bu gün keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail