Ramin Quliyev: "Mən olsam da, olmasam da, bu heyət avrokuboklarda çıxış edəcək"

22.08.2021 | 4831 dəfə oxunub

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev Premyer Liqanın II turunda səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfrasında deyib.

40 yaşlı mütəxəssis ilk hissədə hücumla yarımmüdafiə arasında məsafənin böyük olmasına münasibət bildirib: "Rəqib bizi buna məcbur etdi. "Sumqayıt" kompakt oynayırdı. Deməzdim ki, ilk qolda hər şey əldən getdi. Amma ikinci qoldan sonra vəziyyət çox mürəkkəb oldu".

Quliyev komandada gedənlərin sayının gələnlərdən çox olduğunu söyləyib: "Üstəlik, bəzi gələnləri hələ sifariş edə bilməmişik. Yeni transfer ola bilər. Qarşıdakı 20 gündə maksimum hazırlaşacağıq. Bəzi oyunçuların hələ ki, transfer vərəqəsi gəlməyib. Mən olsam da, olmasam da, bu heyət avrokuboklarda çıxış edəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail