Ayxan Abbasov: "Ölkədə çox az futbolçu var..."

22.08.2021 | 4726 dəfə oxunub

"Azarkeşlərimizə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Bu gün bütöv kollektiv gördüm. Bilirdim ki, rəqib ötən turdakı məğlubiyyətdən sonra qələbəyə oynayacaq. Yaxşı qələbə qazandıq. Ancaq bizi uzun marafon gözləyir".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın II turunda evdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis Rəhim Sadıxovun oyunu haqqında danışıb: "Onu buraya böyük ümidlərlə gətirmişdim. Rəhimin millidə də aparıcı simaya çevriləcəyinə inanıram. Ancaq ötən mövsüm də Sadıxov bir sıra həlledici matçlarda ön plana çıxıb. Ancaq bizim oyunumuz bir tək onun üzərində qurulmayıb. Bütün hallarda Rəhimə güvənirik".

Abbasov Azərbaycan millisinin toplanışına gedən futbolçulara uğurlar arzuladığını söyləyib: "Daha sonra isə bu iki qələbəni unutmalı olduğumuzu bildirdim. Çempionatdakı fasilədən sonra qalib gələ və ya uduza da bilərik".

Baş məşqçi ilk turla müqayisədə heyətdə bəzi dəyişikliklər etdiyini diqqətə çatdırıb: "Udsaq da, uduzsaq da, dəyişikliklər edə bilərik. Rotasiyalar rəqibə uyğun edilir".

Mütəxəssis Rüfət Abdullazadənin komandadan ayrılan Xəyal Nəcəfovdan daha yaxşı futbolçu ola biləcəyini sözlərinə əlavə edib: "Ölkədə çox az futbolçu var ki, oyunu rəqib cərimə meydançasında üzərinə götürür" 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail