Namik Ələskərov: "Neftçi" azarkeşləri qarşısında hesabat verməyi özümə borc bilirəm"

15.08.2021 | 4030 dəfə oxunub

“Bursaspor”a (Türkiyə) keçən millimizin üzvü Namiq Ələsgərov sabiq u “Neftçi” ilə vidalaşıb.  Stadium.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bununla bağlı İnstaqram hesabında yazıb:

“Bildiyiniz kimi, müqaviləmdəki şərtlərə uyğun olaraq azad agent statusu almışam və Türkiyə çempionatinda oynamaq şansından yararlanmaq istəyirəm. Məsələyə aydınlıq gətirmək üçün çox sevdiyim və məni həmişə dəstəkləyən sadiq “Neftçi” azarkeşləri qarşısında hesabat verməyi özümə borc bilirəm. Bütün qaydalar və müqavilə şərtləri daxilində davrandığımdan, "Neftçi"yə qarşı haqsızlıq etmədiyimdən əmin olun. Ölkə xaricində oynamaq istəyi üstün gəldiyindən "Neftçi"dən ayrılmaq məcburiyətindəyəm. “Neftçi” klubunu, azarkeşlərini, komanda yoldaşlarımı, birlikdə qazandığımız qələbələri, çempionluğu unutmayacağam. Bu qələbələr üçün əlimdən gələn hər şeyi ən yaxşı şəkildə etdiyimə inanıram. Bu işdə mənə dəstək olmuş, üzərimdə haqqı olan hamıya təşəkkür edirəm. Amma hər kəs bir yol seçir və mən bu seçimin astanasında olduğumu hiss etdim. Xaricdə oynamaq, qardaş Türkiyədə ölkəmizi uğurla təmsil etmək ən böyük arzumdur. İnşallah, sizin də dəstəyiniz və dualarınızla bu arzumu həyata keçirmək üçün düşən şansdan maksimum yararlanacağam”.

Qeyd edək ki, "Bursaspor" ötən gün N.Ələsgərovu transfer etdiyini açıqlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail