Qurban Qurbanov: "Bu mövzu həddən artıq böyüyüb"

15.08.2021 | 4200 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turunda "Zirə" ilə səfərdə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Yeni mövsüm başlaması münasibətilə hər kəsi təbrik edirəm. Futbolçularımdan razı qaldım. Xeyri rotasiya eləmişdik. Amma kifayət qədər qol epizodlarından istifadə edə bilmədik. Fərqli, meydanın hər qarışı uğrunda mübarizə aparan komandaya qarşı oynadıq. 1 xal qazandıq. Belə təşkilatçılıqla bütün matçlara çıxsaq, daha yaxşı nəticə əldə edəcəyik. Sıx qrafik olsa da, öz oyunumuzu qoruyub saxlaya bildik. Rəşad Sadıqova və komandasına uğurlar arzulayıram. Xeyli vaxt idi Premyer Liqada azarkeş görmürdük. Bu amil bu gün futbolçularda istək yaratdı.

- Penatiyə səbəb olan Bəhlul Mustafazadənin oyunundan razı qaldınız? Onun perspektivini nə qədər görürsüz?

- Penalti epizodu xırda detallardır. Bəhlulun 90 dəqiqə meydanda qalması böyük risk idi. Maksimin əvvəlki matçın axırlarında ayağında problem olmuşdu. Bəhlul çoxdan idi məşq etmirdi. 90 dəqiqə oynaması risk idi. Amma sona qədər dözdü. Onun üstün cəhətləri var. Çatışmayan cəhətlərini də aradan qaldırmağa çalışacağıq. Ona tələblərim çox olacaq, böyük ümid bəsləyirəm. Güvənim çoxdur. Qarşıdakı oyunlarda daha yaxşı Bəhlul görəcəyik.

- "Aberdin" haqda nə düşünürsüz?

- Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik. Onların oyununa baxmışam. Daha çox güc sərf etməli olacağıq. Çox təcrübəli futbolçuları olan fərqli rəqibdir.

- Hücumçu problemini nə vaxt həll edəcəksiniz?

- Bu mövzu həddən artıq böyüyüb. Ümumiyyətlə, hücumçu barədə bütün komandaların məşqçilərinə sual verilir. Ona görə yox ki, bizim oyunçularımız bacarıqlı deyil. Sadəcə, futbolçularımızın sayının çox olmasını və yaxşı çempionatlardan oyunçu gətirmək istəyirik. Biz bir neçə mövqeyə oyunçu axtarışındayıq. Bu, bəlkə futbolçularımın üzərində də təzyiq yaradır. Düşünə bilərlər ki, bəlkə onlardan razı deyilik. Amma mən onlardan razıyam. Təbii ki, daha yaxşısını axtarmalıyıq, hər mövqeyi yaxşılaşdırmalıyıq. Əlimdə olan futbolçularla həm çempionluğa, həm də avrokuboklarda qrupa düşmək gücündəyik. Hər bir oyunçunun üstün cəhətləri var. Biri usta olur, biri daha istəkli olur. Transfer üzərində iş gedir.

- Ramil Şeydayevi yenidən komandaya qaytardınız. Onu öz istəyinizlə götürdünüz, yoxsa ortada qalmaması üçün bunu etdiniz?

- Mənim hansısa qərarıma şübhəniz var? Ramil Şeydayev Azərbaycan futbolçuları içində 3 nəfərdən biridir. Bizdə Mahir Emreli və əcnəbi hücumçular da var idi. Həmin vaxt da Ramilin 21-22 yaşı var idi. Bacarmadı deyə komandadan göndərmək fikri ilə razı deyiləm. Bizdən böyük nəticələr tələb olunur. Hər hansısa potensiallı futbolçunu inkişaf etdirmək şansımız varsa, bundan maksimum yararlanırıq. Legionerlə yerli oyunçu arasında cüzi fərq varsa, mütləq yerliyə üstünlük verirəm. Ümumilikdə 30-40 futbolçumuz var. Limiti dəyişək, ancaq legionerlər oynasın. Nə qədər gücüm, imkanım var, hər bir yerli futbolçuya şans yaradacağam. Ramildə perspektiv gördüyüm üçün onu komandaya qaytarmışıq. Elə futbolçu var ki, mövsümdə 3 dəfə meydana çıxır və istəyini həmin 3 görüşdə də həll edir. Nə qədər bacarırsamsa, öz futbolçularımızı qoruyacağam. İstəmədiyim futbolçu mənim komandamda olmur. Sadəcə, mövsümboyu bəziləri əsas heyətdə olur, bəziləri 5 oyun meydanda olur. Ramilin hər iki matçdakı iki assistinə baxın. Hər iki halda səhv etmirəmsə, Zubir vura bilmədi. Azarkeşlərimizi başa düşürəm, hörmətlə yanaşıram. Belədirsə, 11 legionerlə oynayaq. Biz "Qarabağ"ıq, Avropaya çıxanda heyətində minimum 4-5 yerli ad olmalıdır. Çox şeyi açıqlamaq istəmirəm. Bəzi məqamlarda güvənmək lazımdır.

- Britaniya klublarına qarşı fiziki cəhətdən problemlər yaşamısınız. Bununla bağlı narahatlıq var?

- Fiziki deməzdim. Bəli, atletik futbol oynayırlar. "Aberdin" hər komandaya qarşı fərqli oyun sərgiləyir. Bəzən 4-lü, bəzən 5-li müdafiə olunur. Məni bu narahat edir. Həmin görüşlər futbolçularımın inkişafına böyük fayda verə bilər. Rəqib gözləmədiyin oyunlar oynaya bilir. Bunların hamısına hazır olmalıyıq. Standart vəziyyətlərdə çox təhlükəlidirlər. Fiziki göstəricilərə yox, düşünülmüş epizodlara görə təhlükəlidirlər. Həm özümə, həm də futbolçularıma inanıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail