Qurban Qurbanov: "Öz əxlaqımızı qoruyub saxlamağa çalışırıq"
"Oyunun sonunda belə halın yaşanmasını istəməzdik. Məsələyə UEFA baxacaq. Nə qərar verəcək, bu, qurumun üzərinə düşür. Belə hal nə rəqib komanda, nə də bizim üçün xoşdur. Ümumən, idmançılarıq, meydanda öz işimizlə məşğul olmağa çalışmalıyıq.
Səfər qolu əvvəllər üstünlük idisə, indi belə deyil. Bərabərlik heç də pis nəticə deyil. Hər iki komanda üçün vəziyyət eynidir.
Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində AEL-lə keçirilən oyundan sonra deyib.
O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: "Bakıdakı görüşdə mərhələ keçməyə, qol vurmağa və buraxmamağa çalışacağıq. Bu gün yaxşı mübarizə getdi. Meydanda iki xarakterli komanda var idi. Hər iki tərəf bəlkə də, uduzmamağa layiq idi. Futbolçularıma təşəkkür edirəm. Hər iki hissədə xeyli sayda epizodlarımız olsa da, istifadə edə bilmədik. Futbolçularımız sona kimi hücum etməkdən çəkinmədilər və bərabərlik qolunu vurdular. Bu qol hələ heç nə demir. Cavab görüşü də var. Bakıda hər iki komandaya qələbə lazım olacaq. Bu səbəbdən cavab matçı daha maraqlı alına bilər”.
O, bildirib ki, bəzən elə hallar olur ki, hamısı reaksiya verir: "Çünki kənardan tanımadığımız kimlərsə bu cür hərəkətlərə yol verirlər. Dəfələrlə bizə qarşı belə təxribatlar olub. Hər zaman öz mədəniyyətimizi göstərmişik. Çünki Azərbaycanı təmsil edirik. Maksimum səbrli olmalıyıq. Heç kimdən qorxmuruq, çəkinmirik. Sadəcə, özümüzü idman prinsiplərinə uyğun aparmağa çalışırıq".
Qurbanov deyib ki, dünya futbolunda da belə hallar çox olub: "Bəlkə də futbolun gözəlliyi və özəlliyidir. Amma hər bir halda heç kim istəməz ki, bunlar baş versin. Çünki nəticə heç də yaxşı olmur. Öz əxlaqımızı qoruyub saxlamağa çalışırıq. UEFA nümayəndəsi ilə danışdıq, o da davranışımıza görə bizə təşəkkür etdi. Azarkeşlər həddindən artıq aqressiv idilər, futbolçularımıza yad əşya atırdılar. Vurdular, birinin başına, birinin qoluna dəydi. Əlbəttə, belə şey bizə təsir etməz. O da bunu görürdü. Mən maksimum çalışırdım ki, futbolçuları sakitləşdirim. Ancaq özüm də bir qədər aqressivləşdim. Bakıda yenə idman prinsiplərini qoruyub saxlamağa çalışacağıq. İşimiz özümüzü meydanda doğru-düzgün idarə etmək və yaxşı nəticə qazanmaqdır"
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |