Qara Qarayev Türkiyə ilə oyundan danışdı

26.05.2021 | 4298 dəfə oxunub

"Türkiyə Futbol Federasiyasından və yerli vətəndaşlardan böyük qayğı hiss edirik. Buna görə Türkiyə millətinə təşəkkür, vəfa borcumuz var”. 

Stadium.az xəbər verir ki, bu sözləri millimizin yarımmüdafiəçisi Qara Qarayev "TRT Spor"a açıqlamasında deyib.  O, sabah Türkiyə millisi ilə səfərdə keçiriləcək yoxlama görüşü barədə fikirlərini bölüşüb.

Qeyd edib ki, sabahkı matçda qardaşlıq qazanacaq: “Bu, yoldaşlıq yox, qardaşlıq matçı olacaq. Nəticəsi necə olur-olsun sabah uduzmayacağıq. İstənilən halda qardaşlıq qazanacaq. Türkiyə millisi barədə ən yaxşı sözləri deməliyəm".

Q.Qarayev Türkiyənin Avro-2020-də yaxşı çıxış edəcəyinə inandığını da bildirib: "Belə böyük turnirlərdə bütün Azərbaycan xalqı Türkiyəni dəstəkləyir. Bizimlə görüşdən sonrakı matçlarda futbol şansının yanlarında olmasını istəyirəm. Bu komandada istək, aqressivlik, güclü baş məşqçi var. Hazırkı Türkiyə daha gənc oyunçulardan formalaşıb. Sabah stressiz oyun olacaq. Bu, mənəvi bağlarımızı daha da möhkəmləndirəcək. Hər zaman Türkiyənin yanındayıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail