“Keşlə” – “Qəbələ”: 56-cı duel

18.05.2021 | 4282 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə bu həftə yekun vurulacaq. Sonuncu – XXVIII turun oyunları eyni gündə keçiriləcək. “Qəbələ” mövsümə səfər matçı ilə yekun vuracaq.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” rəqib meydanında “Keşlə” ilə üz-üzə gələcək.

Bakıdakı “ASK Arena”da təşkil olunacaq görüş iki komanda arasında 56-cı duel olacaq. İlk dəfə 2006-cı ildə üz-üzə gələn rəqiblər indiyədək 55 dəfə qarşılaşıb. Aktivində 17 qələbə olan “Qəbələ” 18 matçdan sülhlə ayrılıb. Digər 20 matçda bakılılar qalib gəlib. Rəqib qapısından 57 top keçirən futbolçularımız 72 qol buraxıblar. Komandanın heyətində Daniel Subotiç daha çox – 5 qol vurub.

5 dəfə Azərbaycan kubokunda üz-üzə gələn rəqiblər 51-ci çempionat matçına çıxacaq. Əvvəlki 50 qarşılaşmadan 14-də üç, 18-də bir xal qazanan “Qəbələ” 18 dəfə uduzub. Paytaxt təmsilçisi top fərqində də üstündür – 65:50.

“Qəbələ” 27-ci dəfə “Keşlə” ilə rəqib meydanında görüşəcək. 8 səfər qələbəsi olan “qırmızı-qaralar” 6 heç-heçə edib və 12 dəfə uduzub. Rəqib meydanında 27 qol vuran futbolçular 43 top buraxıblar.

Mayın 19-da keçiriləcək  “Keşlə” – “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail