Ramin Quliyev: "20 dəqiqədən sonra hakimin oyunu əldən verməsi bu yerlərə gətirib çıxardı"

26.04.2021 | 4047 dəfə oxunub

"Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Həftəboyu bu oyuna çox yaxşı hazırlaşmışdıq. "Neftçi"nin zəif və güclü tərəflərini təhlil etmişdik. Oyun əvvəldə də yaxşı gedirdi. Bu, sırf hesabda önə keçməyimizə görə deyildi. 20-25 dəqiqədən sonra gərginliyin yaranması artıq oyundan futbolçulara keçdi və ümumi matçı dəyişdi. Hakim ümumi oyunu əldən verdi. Buna baxmayaraq, qələbəyə daha çox biz layiq idik. Bu gün "Neftçi" bir xalı qazandı.

- Bəhlul Mustafazadə təcrübəli müdafiəçidir. Qırmızı vərəqə aldığı epizodlarda dirsəklə rəqibi vurması nə dərəcədə düzgündür?

- O, belə epizodlarda daha diqqətli olmalıdır. Epizoda baxıb, təhlil edəcəyik. Bəhlulun komandanı azlıqda qoyması xoşagəlməz hadisə idi. Ruslan Abışov təcrübəlidir. Onun meydana daxil olmasından sonra təcrübəsi özünü göstərdi.
 
- Üç qırmızı vərəqə futbolçularınızın intizamsızlığı ilə bağlıdır, yoxsa hakimliklə?

- İntizamsızlıq deməzdim. 20 dəqiqədən sonra hakimin oyunu əldən verməsi bu yerlərə gətirib çıxardı. Mən futbolçumun qırmızı vərəqə almasını hakimin boynuna yıxmıram. Epizodlara daha diqqətlə baxıb, dəyərləndirmək lazımdır.
 
- Saşa Stamenkoviçin vaxtı aparmasına münasibətiniz necədir?

- Bu gün çempionluğa oynayan komanda xal itirdi. Samir Abasovun bizim qapıçıya münasibət bildirməsini başa düşə bilmirəm. Amma harda görünüb ki, üç qırmızı vərəqədən sonra qapıçı vaxtı aparmasın? Onlar kimi biz də xal qazanmalıyıq. Nə etməliydik? Tez başlamalıydıq ki, gəlib qol vursunlar? Rəqib baş məşqçinin bizim futbolçular haqda fikir bildirməsini başa düşmürəm. Gərək biz də rəqib oyunçular haqda münasibət bildirək?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail