Elmar Baxşıyev: "Qarabağ"dan çox qol epizodu yaratdıq"

26.04.2021 | 4210 dəfə oxunub

"Çətin oyun olacağını bilirdik. "Qarabağ"ın heyətində itkilər olmasına baxmayaraq, onlar yenə güclüdülər. Biz komandanı belə ağır oyuna hazırlayırdıq. 60-cı dəqiqəyə qədər verilən tapşırıqları futbolçular səylə yerinə yetirirdilər. Amma ardıcıl qollardan sonra komanda əzmini itirdi. Ondan sonra da toparlana bilmədik. Buna rəğmən kollektivimiz sağlamdır, möhkəmdir. "Qəbələ" toparlana biləcək".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə "Qarabağ"a 0:5 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, uduzsalar da, komandasının motivasiyasının olduğunu vurğulayıb: "Özünüz də gördünüz ki, ilk hissədə "Qarabağ"dan çox qol epizodu yaratdıq. Hər şey qaydasındadır. Futboldur, belə şeylər olur. Hansı ki, adi epizodda qol buraxırsan, sonra toparlanmaq çətin olur".

Baxşıyev qapıçı Anar Nəzirovun bugünkü çıxışını da dəyərləndirib: "Futbol səhv oyunudur, mən də səhv edə bilərəm, Anar da. Mən olduğum müddətdə Anara inanacağam. O, mənim əsas qapıçımdır. Anarın səhvi mənim səhvidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail