"Qəbələ" ilə "Zirə"nin 24-cü dueli

14.03.2021 | 3891 dəfə oxunub

Qəbələ” Azərbaycan Premyer Liqasının 20-ci turunun ikinci günündə meydana çıxacaq. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” öz meydanında “Zirə” ilə qarşılaşacaq.

Milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsində keçiriləcək görüş iki rəqib arasında 24-cü duel olacaq. İndiyədək 9 qələbə qazanan “Qəbələ” eyni sayda heç-heçə edib və 5 dəfə uduzub. Bu qarşılaşmalarda 32 qol vuran komanda 21 top buraxıb. “Qırmızı-qaralar”ın “Zirə” ilə matçlardakı ən yaxşı bombardiri Aleksey Qaydır. Ukraynalı yarımmüdafiəçi 4 qola imza atıb. Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopez 2 qola sevinib.

Premyer Liqa çərçivəsində baş tutan 21 görüşdən yeddisində 3, doqquzunda 1 xal əldə edən “qırmızı-qaralar” 5 dəfə məğlub olub. Komanda 25 qol vurduğu matçlarda 19 top buraxıb.

12-ci dəfə “Zirə”ni qəbul edəcək “Qəbələ” öz meydanında 5 dəfə qalib gəlib. Doğma divarlar arasında 5 heç-heçəsi olan komanda yalnız bir dəfə uduzub. Evdə 17 qol vuran futbolçularımız qapısından 8 top buraxıb.

Xatırladaq ki, sabah keçiriləcək “Qəbələ” - “Zirə” matçı saat 15:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail