Ayxan Abbasov: "Dua edəcəyik ki..."

14.03.2021 | 3574 dəfə oxunub

"Hər iki tərəf qalib gəlmək istəyirdi. Rəqib komandada baş məşqçi dəyişikliyi komandaya müsbət təsir edib".

Stadium.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 20-ci turunda evdə "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib:

"Rotasiyalara əl atmağa məcbur olduq. Fasilədən istifadə etməliyik. Dördüncü dövrədə uğurlu olmağa çalışacağıq" - deyə o bildirib.

Abbasov oyun ərzində iki dəfə geridönüş etmələrinin onu sevindirdiyini söyləyib: "Sürət var idi, hər iki tərəf qalib gələ bilərdi. Futbolda belə bir deyim var: uda bilmirsənsə, çalış uduzma".

"Sumqayıt"ın baş məşqçisinin sözlərinə görə, əsas milli və U-21 yığmasına çox saylı futbolçu vermək onu həm sevindirir, həm də düşündürür: "Belə də, ehtiyat oyunçu skamyası geniş olmalıdır ki, bu da bizdə yoxdur. Dua edəcəyik ki, millidən gələn futbolçular düşərgəmizə zədəli qayıtmasın".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail