"Qış fasiləsində Esyenlə danışdıq və bildirdik ki, onun köməyinə ehtiyacımız var"
“Maraqlı oyunun şahidi olduq. Fasilədən sonra ilk oyun çətin olur. Çalışdıq ki, müdafiədə az səhv edək. Rəqibin təcrübəli futbolçuları öz fərdi bacarıqlarından yaxşı istifadə etdi. İlk hissədə 2-3 qol imkanımız da oldu. Rəqib təzyiqi artıranda səhvlər də başladı".
Stadium.Az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qarabağ”a uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.
O, komandanın ulduz futbolçusu Maykl Essyenin inamlı oyunu ilə bağlı bildirib: "Essyenin ustalığına söz ola bilməz. Sizinlə razıyam. Əvvəl az oynamasına səbəb onun tədbirlərdə olması idi. Bəzən 5, bəzən 3 günlük olmurdu. Qış fasiləsində onunla danışdıq və bildirdik ki, onun köməyinə ehtiyacımız var. Belə oyunlarda onun təcrübəsindən faydalanmaq istəyirik.
Rəqiblərə fərq qoymayacağıq. Bu gün "Qarabağ"ın əsəbləri ilə oynamağı bacardıq. Qol da vura bilərdik. Hər oyuna maksimum hazırlaşırıq. Heyətimiz kasad olsa da, gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərə bilər. Bu mövsüm iddiamız ciddi olmasa da, gənc futbolçuları qazana bilərik”.
A.Hacıyev yeni transfer Peyman Keşavarzın oyunu ilə bağlı da danışıb: "Müdafiə mövqeyində problemimiz var idi. Erikonun xroniki zədəsi mövcuddur. "Zirə" ilə son kubok matçında ağır oyun keçirib. 120 dəqiqə meydanda olub. Keşavarz il yarım idi ki, futbol oynamırdı. Baxışa çağırdıq. Onun bəzi keyfiyyətləri bizi qane edir. Getdikcə daha yaxşı olacaq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |