“Qəbələ”nin “Keşlə” ilə 52-ci dueli
Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib. Stadium.Az xəbər verir ki, “Qəbələ” 2020-ci ildə ilk rəsmi oyununu bu gün keçirəcək. “Qırmızı-qaralar” 3-cü dövrəyə ev matçı ilə başlayacaq. Komanda Qəbələ şəhər stadionunda “Keşlə”ni qəbul edəcək.
Bu, rəqiblər arasında 52-ci duel olacaq. “Qəbələ” ilk dəfə 2006-cı ildə qarşılaşdığı paytaxt təmsilçisi ilə indiyədək 51 dəfə üz-üzə gəlib. 16 qələbə qazanan “qırmızı-qaralar” 17 heç-heçə edib, 18 dəfə məğlub olub. Rəqib qapısından 53 top keçirən bölgə futbolçuları 67 qol buraxıblar. Komandanın “Keşlə”yə qarşı oyunlardakı ən məhsuldar futbolçusu Daniel Subotiç rəqib qapısına 5 dəfə yol tapıb.
51 matçdan 46-sı çempionat, 5-i kubok çərçivəsində keçirilib. Premyer Liqadakı görüşlərdə 13 qələbə qazanan “Qəbələ” 17 dəfə 1 xalla kifayətlənibsə, 16 matçda bakılılar qalib gəlib. 46 qol vuran “qırmızı-qaralar” 60 top buraxıb.
“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdi. Öz meydanındakı 25 görüşdə 8 qələbəsi olan komanda 11 heç-heçə edib və 6 dəfə uduzub. “Qırmızı-qaralar” top fərqində də üstündü – 27:26.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |