"Het-trik" etdi, "Barselona"nın "radar"ına düşdü

23.09.2019 | 5176 dəfə oxunub

"Barselona" transfer çalışmalarına indidən start verib. Stadium.Az xəbər verir ki, Kataloniya klubu Avstriyanın Salzburg klubunun forvardı Erlinq Halanda "elçi düşüb".

Bu mövsüm oynadığı 9 matçda 17 qol vuran və 5 məhsuldar ötürmə edən 19 yaşlı futbolçu son olaraq Çempionlar Liqasının "Genk"lə oyununda het-trik edib.

"Barselona"nın baş məşqçisi Ernesto Valverde qış fasiləsində norveçli hücumçunun alınmasını istəyib. "Salzburq" hələ Erlinq Halanda qiymət qoymayıb. Amma onun qış fasiləsində olmasa da, mövsümün sonunda dünya nəhənglərindən birinə transfer olunacağı dəqiqdir.

Erlinq Haland bu ilin yanvarında "Molde"dən "Salzburq"a 5 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 12 milyon avro qiymət qoyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail