"Təəssüflər olsun ki, belə səhvlər edirik" - Nazim Süleymanov
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Premyer Liqasının XI turunda evdə “Keşlə”yə 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının oyunundan narazı qaldığını bildirib:
- İki fərqli hissə izlədik. İlk hissədə yaxşı oynadıq, qol imkanlarımız oldu, amma ikinci hissədə səhvlər etdik və məğlub olduq. İlk qolda qapıçımız, ikinci hissədə isə müdafiəçilərimiz səhv etdi. Bu gün yenə azlıqda qaldıq. Deyəsən, fiziki cəhətdən geridə qalırıq. Ancaq irəli baxmalıyıq.
- Bu gün 5 müdaifəçi ilə oynayırdınız. Bu qədər müdafiəçi ilə meydana çıxan komandanın kifayət qədər səhv etməyə haqqı varmı?
- Yox. Sadəcə, futbolçular bir-birini başa düşməlidir. Təcrübəli futbolçular belə səhvlər etməməlidir. Təəssüflər olsun ki, belə səhvlər edirik.
- Orxan Sadıqlı qırmızı vərəqə aldı. Onun cəzalaması gündəmdədir?
- Meydanda olan hər bir futbolçu sakit olmalıdır. Artıq 5-ci qırmızı vərəqənı alırıq. Bu faktdırsa, biz heç nə edə bilmərik. Orxan ilk hissədə də səhv etdi və fasilədə ona xəbərdarlıq etdik. Ancaq yenə səhv etdi. Cəzalanacaq, ancaq komandanın daxili barədə danışmaq istəmirəm.
- Müdafiə xətti bərbad futbol sərgiləyir. Vurğun Hüseynov səhvlər edir, amma növbəti oyun kapitan kimi meydana çıxır. Ona nə vaxta qədər şans verəcəksiniz?
- Komandada olan bütün futbolçulara ümid bəsləyirik. Əlimizdə olan futbolçularla irəli gedəcəyik. Bu eniş bir neçə oyundur davam edir. Bunu aradan qaldırmalıyıq.
- Əfran İsmayılov Qurban Qurban Qurbanovun rəhbərliyi altında oynayanda heç vaxt əvəzlənməsinə etiraz etməyib. Bəlkə indi nədənsə istifadə edir?
- Belə düşünmürəm. Futbolçu meydandan çıxmaq istəmirsə, bu, onun öz işidir. Ağzını əyir, nə edir, özü bilər. Bunu qəbul etmirəm. Əgər belə edibsə, gərək etməsin. Əfran millinin futbolçusudur, komandanın aparıcı futbolçusudur, belə etməməlidir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |