Əvvəlcə Vasili Saçkon, sonra Qurban Qurbanov

06.11.2018 | 4427 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Vorskla" - "Qarabağ" qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransları və son məşqlərin vaxtı bəlli olub.

Stadium.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, əvvəlcə yerli komandanın baş məşqçisi Vasili Saçkonun mətbuat konfransı keçiriləcək. O, saat 19:00-da media mənsublarının önünə çıxacaq.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə saat 20:30-da jurnalistlərin suallarını cavablandıracaq. Hər iki mətbuat konfransı oyunun keçiriləcəyi Aleksey Butovski adına "Vorskla" stadionunda olacaq. Mətbuat konfransının ardından “Qarabağ” ilk 15 dəqiqəsi açıq olan məşqə çıxacaq. "Vorskla"nın məşqi isə saat 13:15-də klubun bazasında olacaq.

“Vorskla” - “Qarabağ” matçı noyabrın 8-də, saat 00:00-da başlayacaq. Komandalar arasında Bakıda baş tutan ilk oyun Poltava təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail