"Ədalətli nəticə heç-heçə idi" - Aftandil Hacıyev
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının X turunda səfərdə “Zirə” ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Stadium.az xəbər verir ki, Hacıyev öncə oyunla bağlı danışıb:
- Gərgin oyun oldu. Arıcıl iki oyundu 10 nəfərlə mübarizə aparırıq. Rəqib bizdən üstün oyun sərgilədi. Heyətimizdə zədəlilər var idi. Ağabala ilə Koçukun olmaması oyunumuza təsir etdi. Buna baxmayaraq, futbolçularımız yaxşı mübarizə apardılar. Hətta rəqibi cəzalandıra bilərdik. Ədalətli nəticə heç-heçə idi.
- Ağabala Ramazanovun zədəsi ciddidir?
-Zədəsi ciddi deyil. Ancaq bu oyunu buraxmalı idi. Hazırda fərdi məşqlərlə kifayətlənir. İnşallah, bu həftə komanda ilə məşqlərə başlamalıdır.
- Oyunun gedişində zədələnən futbolçuların durumu necədir?
- İqor Korotetskinin zədəsi ciddidir. Lakin durumuna yekun tibbi müayinədən sonra aydınlıq gələcək. Ruslan isə gələn oyun bizimlə olacaq.
- Komanda 10 oyuna 6 qol vurub, ancaq üçüncü pillədə qərarlaşıb. Hücumçularınız zəif təsir bağışladığını düşünmürsünüz?
- Belə deyək, nədənsə texniki məğlubiyyətlərin günahını bizdə axtarırlar. Deməzdim ki, hücumçularımız zəifdir. Bəzən əks-hücumda, bəzən mövqe hücumlarında qollar vururuq. Elə rəqiblər var ki, birinci nömrə ilə oynamırıq.
- Qışda heyətdə hansı dəyişikliklər edəcəksiniz?
- Əgər bu mövqedə qala bilsək, güclənəcəyik. Ən azı 3 oyunçuya ehtiyacımız var. 2 futbolçumuz zədəli olanda, çətinlik çəkdiyimizi görürük. Ona görə də qışda heyətimizi gücləndirməliyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |