"Rəhbərliyin qələbəsizlik seriyasından məmnun olduğunu deyə bilmərəm"
“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 21-ci turunun açılış matçında səfərdə “Kəpəz”lə matçdan (0:0) sonra mətbuat konfransında matç haqda fikirlərini bildirib:
- Gərgin, maraqlı oyun alındı. Bilirdik ki, qış fasiləsindən sonra “Kəpəz” heç kimə asan məğlub olmayıb. Hətta son dəqiqələrdə buraxdıqları qollara baxmayaraq, layiqli oynayıblar. Bizim komandaya gəlincə, təəssüf ki, 3-4 real qol şansımız olsa da, bundan istifadə edə bilmədik. Bütün hallarda uşaqlar əzmkar futbol sərgilədi və onlardan razı qaldığımı deyə bilərəm.
- 7-ci oyundu ki, “Zirə” qələbə üzünə həsrətdi. Bəlkə bilmədiyimiz nəsə var?
- Bütün oyunlarda eyni mərəz: bu görüşlərin əksəriyyətində əla qol şanslarımız olur. “Qəbələ” ilə səfərdə bir sıra oyunçumuz cəzalandırıldı. Ancaq hər bir görüşdə real qol şansları yaxalayırıq.
- Son günlər mətbuatda rəhbərliyin nəticələrdən narazı qaldığı bildirilir. Hətta yerinizə namizədlərin adı da hallanır...
- Mətbuatın işi yazmaqdı. Rəhbərliyin qələbəsizlik seriyasından məmnun olduğunu deyə bilmərəm. Ancaq rəhbərliklə görüşümüz olub və arxamızda dayandıqlarını bildiriblər. Uğur olanda yazmırdılar, indi yazırlar. Bunun da səbəblərini bilirəm. Bu komanda mənə doğmadı və hamıdan çox uğur qazanmağımızı mən istəyirəm
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |