Azərbaycan - Makedoniya oyununda qapımıza penalti bu cür verilib
Türkiyənin Antalya bölgəsində Azərbaycan və Makedoniya yığmaları arasında keçirilmiş yoldaşlıq görüşündəki ikinci penalti epizodu zamanı referi Halis Özkahya ilə videotəkrar (VAR) hakimi Cüneyt Çakırın dialoqu üzə çıxıb.
Stadium.Az "Doğan" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin rəhbəri Yusuf Namoğlu açıqlama verib. O, qarşılaşmanın 20-ci dəqiqəsində Azərbaycan yığmasının qapısına təyin olunan penalti epizodunda ədalət təmsilçiləri arasında belə bir söhbətin baş tutduğunu deyib:
ÇÜNEYT ÇAKIR: Halis, gözlə, epizodu incələyirik. Halis, nəyə qayda pozuntusu dedin?
HALİS ÖZKAHYA: Təmasa. Ayaqla təmasa.
CÜNEYT ÇAKIR: Epizodu incələdik. Qayda pozuntusu cərimə meydançası daxilindədir. Penaltı verə bilərsən. İzləməyinə gərək yoxdur. İşarəni göstər və penalti təyin et.
Bundan sonra qərar dəyişib və Makedoniya yığması penalti qazanıb. Azərbaycan yığmasının futbolçularından heç biri buna etiraz etməyib.
Namoğlu bildirib ki, qarşılaşmada təyin olunan hər iki penalti epizodunda VAR sistemi öz tövhəsini verib: “Əvvəlcə Azərbaycanın lehinə penalti verildi. Bu zaman futbolçunun rəqibini itələdiyi referiyə bildirildi. İkinci epizodda isə Halis qayda pozuntusu qərarı vermişdi. İçəridə, yoxsa kənarda – tərəddüdü olduğu bir vaxtda VAR müdaxilə etdi. Çüneyt təxminən 10 saniyə içində vəziyyəti soruşdu və penalti təyin etməyin gərəkliyini söylədi. Bu penalti olmasaydı, Azərbaycan 1:0 hesabı ilə qalib gələcəkdi. Amma 1:1 bitdi. Yəni, VAR sistemi sayəsində hər kəsin doğru saydığı qərar ortaya çıxdı”.
1:1 hesabı ilə başa çatan matçın 6-cı dəqiqəsində hesabı Azərbaycan millisi açıb. Riçard Almeyda penaltidən fərqlənib. Makedoniya yığmasının qoluna isə Aleksandar Traykovski imza atıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |