PFL medalları Qəbələdə verəcək

19.04.2017 | 3515 dəfə oxunub

2016/2017 mövsümündə Azərbaycan Premyer Liqasının bürünc və gümüş mükafatçıları Qəbələ şəhərində mükafatlandırıla bilər.

Stadium.Az xəbər verir ki, bu barədə "Report”a Peşəkar Futbol Liqasının (PFL) direktoru Məlik Həsənov bildirib.

O, bildirib ki, aprelin 23-də XXVIII tur çərçivəsində keçiriləcək "Qəbələ” – "İnter” görüşünün yekununda meydan sahiblərinə gümüş, qonaqlara isə bürünc medalların təqdim edilməsi mümkündür. Bunun üçün isə meydan sahiblərinin 0:3 və ya 1:3-dən başlayaraq, 2 top fərqi ilə uduzması lazımdır: "2016/2017 mövsümündə 2-ci və 3-cü yer üçün nəzərdə tutulan medallar Qəbələyə aparılacaq. Lakin PFL-in əyalətə hansı heyətlə yollanacağı dəqiq bilinmir. Hər şey nəticədən asılıdır. Uyğun hesab qeydə alınsa, "Qəbələ”yə gümüş, "İnter”ə isə bürünc medallar təqdim olunacaq".

"Qəbələ” hazırda 49 xalla 2-ci, "İnter” isə 43 xalla 3-cü pillədə qərarlaşıb. "Qırmızı-qaralar” ilk dövrədə paytaxt klubu ilə qolsuz bərabərə qaldığı halda, səfərdə keçirdiyi son iki qarşılaşmada 1:1 hesabı ilə heç-heçə etməklə yanaşı, rəqibini 2 cavabsız qolla üstələyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail