Mirbağır İsayev: "Mən Gəncəyə başqa ölkədən gəlməmişəm"
“Kəpəz” klubunun yeni baş məşqçisi Mirbağır İsayevin müsahibəsi:
- Artıq komanda ilə tanış olmusunuz. Təəssüratlarınız necədir?
- Klubun prezident Elmir Əliyev məni komandaya təqdim edib. Dünən keçirilən məşqi izləmişəm.
- Məşqə kim rəhbərlik edib?
- Əvəzedici heyətin məşqçisi Mehman Hacıyev. Bu gündən etibarən isə komandaya özüm rəhbərlik edəcəyəm.
- Rəhbərlik qarşınıza konkret hansı məqsədləri qoyub?
- Hamıya məlumdur ki, Gəncə futbol şəhəridir. Rəhbərlik edəcəyim komanda bu şəhəri təmsil edir. Burada həmişə futbol olub, olacaq da. Əsas məqsəd Gəncənin adını layiqincə təmsil etməkdir. Biz bu şəhərin adını qaldırmalı, gücümüz çatan işləri həyata keçirməliyik.
- İndiyədək ancaq gənc futbolçularla işləmisiniz. Siz daha çox aşağı yaş qrupu üzrə komandalardakı fəaliyyətinizlə seçilirsiniz. “Kəpəz”də də bu strategiyanı qoruyacaqsınız?
- “Kəpəz”in heyətində Gəncə futbolunun yetirmələrini də görəcəksiniz. Sadəcə, bütün bunları həyata keçirmək üçün zaman lazımdır.
- İndiki heyətlə bağlı nə deyə bilərsiniz: Xüsusi rəğbət bəslədiyiniz oyunçu varmı?
- Mən komandanı təzə qəbul etmişəm. Heyətdə olan bütün futbolçulara rəğbətlə yanaşıram. Kimisə kimdən ayırmaq, fərqləndirmək fikrim yoxdur. Əgər onlar bir komandanı təmsil edirlərsə, onlara eyni gözlə baxmaq lazımdır.
- Komandanı növbəti turun “Turan”la oyununa siz çıxaracaqsınız. Yəqin ki, debütdə qələbədən başqa hansısa nəticə sizi qane etməyəcək...
- Bilirsiniz ki, hər iki komanda qərb bölgəsini təmsil edir. Odur ki, “Turan” – “Kəpəz” oyunu derbi əhəmiyyəti daşıyır. Çalışacağıq ki, doğma divarlar arasında keçirilən görüşü 3 xalla başa vuraq. Bu gün “Turan” gənc futbolçularla oynayırsa, bu fakt bir növ rəqib komandanın qələbəsidir.
- “Abşeron” klubundakı fəaliyyətiniz müəyyən səbəblərdən yarımçıq qaldı. İddialarınızı “Kəpəz”lə həyata keçirə biləcəksinizmi?
- Əlbəttə ki, müəyyən iddialar mövcuddur. İndiki vəziyyətdə isə bütün diqqətlər növbəti tura yönəlib. Bizim üçün bu qarşılaşmanın əhəmiyyəti olduqca çoxdur. Çox danışmaqdansa, çox işləmək lazımdır.
- “Kəpəz”in böyük azarkeş ordusu var. Komandanın baş məşqçisi postuna məhz sizin gətirilməyiniz Gəncədə necə qarşılanıb?
- Mən Gəncəyə başqa ölkədən gəlməmişəm. Hamımız azərbaycanlıyıq. Eyni məqsəd üçün çalışırıq. Gəncə Azərbaycanın ən yaxşı yerlərindən biridir. Onları məni necə qarşılamağından asılı olmayaraq, mən azarkeşləri yaxşı qəbul edib, hörmət də bəsləyəcəyəm.
- Siz bu postda Gəncənin ən uğurlu məşqçisi Mehman Allahverdiyevi əvəzləmisiniz. Təyinatınızdan sonra onunla danışmısınızmı?
- Mənə dəvət gələndə öncə Mehman Allahverdiyevlə danışıb, halallıq alıb, ardından “Kəpəz”lə görüşmüşəm.
- Maraqlıdır, istefa verən məşqçi xələfinə nə dedi?
- Mənə ürək sözlərini çatdırdı. Halallıq verdi. Bunu özündən də soruşa bilərsiniz.
- Müqavilənizin müddəti artıq dəqiqləşibmi?
- Bəli. Müqaviləyə əsasən mövsümün sonuna qədər kluba rəhbərlik edəcəyəm. İndiyədək məni heç bir yerdən qovmayıblar. Gedəndə də, özüm getmişəm. Əgər məşqçi nəticə vermirsə, özü getməyi bacarmalıdır.
- “Kəpəz” Premyer Liqada ilk klubunuz olacaq...
- Sözsüz ki, bu ağır, çox ağır yükdür. Amma eyni zamanda, şərəfli yükdür.
- Fəaliyyətiniz əsasən aşağı yaş qrupları ilə bağlıdır. Elitada ilk vaxtlar təcrübəsizlik olacağından çəkinmirsiniz?
- Uşaqla işləmək daha çətindir, nəinki peşəkar futbolçu ilə. Peşəkar futbolçular daha səlist başa düşür ki, onlardan nə tələb edirsən. Sevinirəm ki, mən birdən-birə Premyer Liqa klubunun məşqçisi olmamışam. Bu mərhələyə pillə-pillə qalxmışam. Bu gün də Allah qismət edib ki, mən Gəncə kimi şəhərin təmsilçisinin baş məşqçisi olmuşam. Klub rəhbərliyi, futbolçular azarkeşlər əl-ələ verib “Kəpəz”i yüksək pillələrə qaldırmalıyıq.
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |