Xaqani Məmmədovun arsız yalanı üzə çıxdı - FOTO
2017-ci ilin FİFA hakimlərinin UEFA kateqoriyaları açıqlanıb. Stadium.Az saytının məlumatına görə, UEFA zona üzrə baş hakimləri elit, 1-ci, 2-ci və 3-cü kateqoriyalara bölüb.
Azərbaycan hakimlərindən Əliyar Ağayev 2-ci, Rəhim Həsənov 3-cü kateqoriyada qalıb. FİFA statusunu yeni əldə edən Ömər Paşayev də sonuncular sırasındadı.
Siyahının ən diqqətçəkən məqamı isə məhz Ağayevlə bağlıdı. Onun 1-ci kateqoriyaya yüksələcəyi barədə xəbərlər yayılsa da, bunların şayiədən başqa bir şey olmadığı üzə çıxıb. Təmsilçimiz 2-ci kateqoriyadan irəli gedə bilməyib.
Həmin şayiə öncə AFFA rəsmiləri tərəfindən mediaya sızdırılıb, daha sonra isə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov tərəfindən televiziyada rəsmən açıqlanıb. Çünki FİFA hakimlərinin adları, həmçinin kateqoriyalarını ölkəmizdə ilk bilən məhz Məmmədov və rəhbərlik etdiyi komitə olur.
Həmin dezinformasiyanın mətbuata çıxmasının səbəbi də başadüşüləndi. Topaz Premyer Liqasında sıralanan hakim səhvlərini, xüsusilə, “Qarabağ” – “Qəbələ” görüşündə yaşananları unutdurmaq, diqqəti başqa yerə cəlb etmək lazım idi. Ağayev yalanı da məhz bu məqsədə xidmət edib. Bir sözlə, bu, Məmmədovun yetirmələrinin uğursuz idarəçiliyini yalançı uğurla ört-basdır etməyə çalışmasına bənzəyir.
Qalmaqalın müzakirələrini Ağayevin uğuruna yönləndirmək üçün 10 milyonluq auditoriya qarşısında çıxan Məmmədov ağ yalandan da çəkinməyib. Əslində, bunu bacarıb. Çünki qalmaqallı oyun artıq unudulub. Amma yalan da artıq üzə çıxıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |