Rəşad Sadıqov açıqladı: "Fiorentina"ya qarşı oynayacaq?
“Qarabağ” sabah Avropa Liqasında tarixi
oyununa çıxacağıq. Stadium.Az xəbər verir ki, Ağdam klubu qrupun son oyununda
İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək. “Qarabağ” bu oyunda qələbə
qazanacağı halda digər matçın nəticəsindən aslı olmayaraq qrupdan çıxacaq. Meydana
çıxması sual altında olan komandanın kapitanı Rəşad Sadıqov bu tarixi oyun barədə
saytımıza açıqlama verib. Rəşad əvvəlcə oyunun əhəmiyyətindən danışdı:
“Bizi tarixi oyun gözləyir. Hər kəs üçün bu oyunun əhəmiyyəti böyükdür. Sabah “Qarabağ” qələbə qazansa Azərbaycan futbolunda bir ilk yaşanacaq. Bu isə tarix deməkdir. Bizi öz uğurumuzla yanaşı həm də azarkeşlərimiz maraqlandırır. Onlara bu sevinci yaşatmaq istəyirik. Bilirik ki, bizə ümidlər çoxdur. Buna görə də, əlimizdən gələni edərək qələbə qazanmağa çalışacağıq. Ümid edirik ki, tarix bu dəfə təkrarlanmayacaq və əvvəlki İtaliya təmsilçisi “İnter”lə oyundakı aqibəti yaşamayacağıq. Bu dəfə irəli getmək zamanıdır. Biz də bunu yaxşı başa düşürük və əlimizdə gözəl fürsət var. İstəklərimiz çox gözəldir, amma onu da fikirləşməliyik ki, rəqibimiz İtaliyanın adlı-sanlı klublarından olan “Fiorentina”dır. Son dərəcə diqqətli olmalıyıq. Adi bir səhv bizə baha başa gələ bilər”.
Rəşad meydana çıxıb çıxmayacağına da aydınlıq
gətirdi: “Zədəm barədə daha əvvəl məlumat verilib. Mən müayinədən 4 həftə sonra
məşqlərə başlamalı idim. Ancaq 2 həftə sonra başlamışam. Komandamın yanında
olmaq istəyirəm. Maksimlə Mişelin oynamayacağı vəziyyəti dəyişib. Buna görə
komandaya kömək etmək istəyirəm. Meydana çıxıb-çıxmayacağım oyun saatı bəlli
olacaq. Ancaq həkimlər riskli olduğunu bildirirlər. İnşAllah ki, hər şey yaxşı
olar və meydana çıxıb komandaya köməyimi edərəm. Həqiqətən belə oyunda kənarda
qalmaq adama pis təsir edir”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |