"Neftçi" rəhbərliyi rüsvay olmalarında jurnalist, azarkeş və eks klub rəhbərliyini niyə ittiham edir? - YAZI
“Neftçi”nin hazırda biabırçı durumda olması hər
kəsə bəllidir. Ölkə futbolunun flaqmanı hesab olunan bu komandanın “Qəbələ”yə
0:8 hesablı məğlubiyyəti isə vəziyyətin son və nə qədər acınacaqlı durumda
olduğunu bütün xalqa göstərdi.
Partlayış məhz bu oyunda oldu. Komanda meydanda
nəinki mübarizə apardı, heç buna cəhd də etmədi. Əslində, bunun baş verəcəyini
gözləmək olardı. Bir neçə gün əvvəl “Neftçi”dən ayrılan komandanın hücumçusu
Ruslan Qurbanov açıqlamasında bildirmişdi ki, “klubda ona heç it qədər də
hörmət qoymurlarmış”. Ruslan isə “Neftçi”dən ayrılan kimi millimizin səfərdə San
Marinoya qalib gəldiyi oyunda qələbə qolunun müəllifi oldu. “Qəbələ”də bir gün
məşq etdikdən sonra isə start heyətində meydana çıxdı və “Neftçi”yə 2 qol
vurdu.
Ruslan elə bu məqamlarla sübut etdi ki, “Neftçi”
hazırda qeyri peşəkarların əlindədir. Klubda idarəçi olan şəxs(lər) çox yaxşı
yazıçı, dramaturq, aktyor, musiqiçi, pianoçu, hətta yaxşı sabun reklamına da
çəkilə bilər, amma Avropa Liqasının qrup mərhələsində oynamış və ölkənin ən
köklü klubunu idarə etmək onlarlıq deyil. Bunu onların “Neftçi”də olduğu
müddətdə klubda gördükləri iş açıq-aşkar göstərir. Hamı bilir ki, “Neftçi”
biabırçı gündədir. Böyükağa Hacıyev bax bu günün “Neftçi”si üçün demişdi o “bir
ana, iki bacı lazımdı, “Neftçi”ni qabağına qoyub ağlasın” sözlərini.
“Neftçi” rəhbərliyi isə indi çox utancverici yola
əl atıb. Demək, onlar klubun rəzil bə biabırçı günə düşdüyünün səbəblərini
axtarmaq, problemlərin həlli yollarını aramaq, islahatlar aparmaq əvəzinə uğursuzluğu
azarkeşlərin, jurnalistlərin, hətta özlərindən öncəki klub rəhbərliyinin
üzərinə atmağa başlayıblar. Bu barədə isə “Neftçi”nin Müşahidə Şurasının üzvü
Bəhram Bağırzadə status sosial şəbəkədə status paylaşıb.
Aktyor Bəhramın həmin statusunu olduğu kimi təqdim edirik:
“Neftçi” azarkeşləri!
Biz Sizə bildirmək istəyirik ki, Sizi aldadırlar. Klubumuza qarşı
kampaniyalar hələ ötən ildən başlamışdı. Müşahidə Şurası yaradılan kimi
vəzifəli adamların qohum və tanışları işdən kənarlaşdırıldı, uşaq futboluna
“tanışlıq”la qəbul edilmiş şəxslər klubdan uzaqlaşdırıldı. Qərar verildi ki,
klubun bütün xərcləri tam şəffaf şəkildə yoxlansın və bu prosesi müstəqil olan
audit şirkəti həyata keçirdi. Buna qədər “Neftçi”dən aybaay minlərlə dollar
rüşvət alan jurnalist və saytlar əks mövqe nümayiş etdirməyə başladılar. Klub
tərəfindən verilən aylıq rüşvət dayandırılan kimi bu jurnalistlər
təşkilatlanmış şəkildə “Neftçi”yə qarşı məqalələr yazmağa başladılar. Bunun
müqabilində klub samballı saytlarla əməkdaşlıq etməyə başladı.
Nə Samir Əliyevə, nə də Əsgər Abdullayevə işləməyə imkan vermədilər. Biz onları
müdafiə etmək istəsək də, sifarişli yazıların təsiri altına düşən azarkeşlər
onların dərhal qovulmasını tələb etdi. Hər iki məşqçi bu təzyiqə davam
gətirməyərək öz xahişləri ilə tutduqları vəzifədən ayrıldılar. Bu məşqçilər
indi də ölkəmizdədirlər və əgər ehtiyac olarsa onlar hansı təzyiq altında
işlədikləri barədə və qarşılaşdıqları çətinliklər haqqında danışa bilərlər.
Bundan başqa azarkeş toplumunu təmsil edən bəzi şəxslər bizə xəyanət etdi.
Klubdan böyük maliyyə dəstəyi alan bu sıravi azarkeşləri də aldatdılar. Azarkeş
toplumunu inkişaf etdirmək məqsədi ilə klubdan pul alan şəxslər komandaya qarşı
məqsədli etirazlar və çıxışlar təşkil etdi. Əgər ehtiyac olarsa biz bu şəxslərin
adlarını siyahı şəklində açıqlaya bilərik.
Nəticədə əsas komandanın oyunu hazırki səviyyəyə endi. Komandaya gələn
futbolçular açıq-aşkar məşqçilərin “ayağının altını qazmağa” başaldı. Bununla
yanaşı transfer siyasəti də klub icraçıları və məqşiləri tərəfindən biabırçı
şəkildə icra edildi. Biz sizə həqiqət yazırıq! Bu məğlubiyyətdən sonra hamımız
hisslərimizlə davranırıq. Amma məhz “Qəbələ” klubuna qarşı ötən mövsümün may
ayında 3 oyun keçirdik və bu qarşılaşmaların heç birində məğlub olmayaraq ölkə
kubokunun finalına çıxdıq. Həmin oyunları yada salın və son matçla müqayisə
edin. İlyarım ərzində “Neftçi” iki dəfə Azərbaycan kubokunun finalına yüksəldi
və həlledici oyunlarda “Qarabağ”a (son final matçının 120-ci dəqiqəsində)
məğlub oldu. Bizim nəticələrimizə diqqət yetirin.
Əgər “Neftçi”də hər şey belə pisdirsə necə olur ki, əvəzedici komandamız ölkə
çempionatında ilk pillədə qərarlaşıb. Necə olur ki, bizim yeniyetmə və uşaq
komandalarımız müxtəlif yaş qrupları üzrə çempion olur və mükafatlara
yiyələnirlər.
Əziz azarkeşlər! Sizi sadəcə aldadırlar! Əsas komanda “ağır
yaralanıb” və yenidən qurulacaq. Amma aldadılmağınıza imkan verməyin! Bizi
tutduğumuz yoldan sapdırmaq istəyirlər. Bir çox insanlar istəyir ki, bahalı
legionerlər cəlb edib onlara və agentlərinə pul qazandırsınlar. Bir çoxları bu klubun puluna
göz dikib yenidən ona əl uzatmağa çalışırlar. Bütün
məsuliyyətimizlə bildiririk ki, sona qədər mübarizə aparacağıq. Biz “Neftçi”ni
yüksəldib Çempion edəcəyik!
Biz bu komandanı sizdən az sevmirik amma bu yoldan da dönməyəcəyik. Sadəcə səbr
edin və inanın ki, biz doğma “Neftçi”mizin ruhunu qaytaracağıq. Çirkin əllərin
bu kluba yaxınlaşmasına imkan verməyəcəyik! Təxribatlara uymayın. Biabırçı
oyunlar və bu kimi nəticələr təkrarlana bilər. Fikir verin komanda uduzan kimi
“Neftçi” üçün “narahat” olan bəzi keçmiş futbolçular hərəkətə keçərək
rəhbərliyin istefasını tələb etdilər. Oxşar nümunə dünyanın heç bir yerində
yoxdur. Bu sifarişli tələblər və yazılardır. Bizim klubun tarixində ağır günlər
olub. “Ararat” klubuna 1-6 və polşa təmsilçisinə iki oyunun nəticəsinə görə
0-10 hesablı məğlubiyyətləri misal göstərmək olar. Amma bu nəticələrdən sonra
da “Neftçi” ayağa qalxaraq çempionluq üçün oynadı. Həmişə belə olub və olacaq.
Müsəlman dünyasında günahsız insanı təqsirləndirmək böyük günah sayılır. Bizi
əbəs yerə günahlandıranlar başa düşməlidir ki, dedikləri sözlərə görə allahın
qəzəbinə tuş gələ bilərlər.
Əgər bizim getməyimiz sevimli klubumuza xeyir verəcəksə biz getməyə hazırıq.
Amma biz bu klubu futbol işbazlarına və transferlərdən pul qazanma istəyənlərin
ümidinə qoymayacağıq. Bizim hər birimiz bütün xərclərin tam şəffaf olmasına
ləyaqətimiz və adımızla cavabdehik. Biz sevimli komandamız üçün əlimizdən gələn
hər şeyi edəcəyik.
“Neftçi” PFK-nın Müşahidə Şurasının üzvləri Mehdi Nəcəfov
Bəhram, sənin işin azarkeşi, tamaşaçını
güldürməkdən ibarətdir. Amma etiraf edim ki, sən bunu klubda da məharətlə
edirsən. Heç tamaşa göstərməyə, aktyorluq etməyə, arvad paltarı geyinməyə də
ehtiyac qalmayıb. “Neftçi”ni elə hala salmısız ki, rəqib azarkeşlər sizə gülür,
özünüzkülər isə sizə söyərək ağlayır!
Paylaşdığın statusdan məlum olur ki, sən demə, “Neftçi”ni
bu rüsvayçı vəziyyətə eks klub rəhbərliyi, azarkeşlər və jurnalistlər salıbmış.
Çox gözəl!
Fərz edək ki, elə durum sən dediyin kimidir. O zaman bəs siz orda nə işə baxırsız? Niyə bunun qarşısını almırsız? Siz “Neftçi”yə klubu idarə etmək üçün gedib gəlirsiz, yoxsa orda artistlik etmək üçün?
Bəhram bu paylaşımda hətta jurnalistləri əvvəlki “Neftçi”dən
rüşvət almaqda, bunların gəlişindən sonra “payları” kəsildiyi üçün kluba
qərəzli mövqe nümayiş etdirməkdə günahlandırır, ittiham edir! Bəhram, siz
anlamırsız ki, sizdən əvvəlki dönəmdə işləyən klub rəhbərliyini hamı bu klubda
işlədiyinə görə yox, onların kişiliyinə, kişi sözünə, mərdliklərinə görə
tanışışdı. Yəni onlar özlərini aktyorluq etməklə, qab şanpunun reklamına
çəkilməklə, "Qırılmaz
Kanalizasiya Boruları"nı tərifləməklə tanıtmamışdılar xalqa. Onları
hami mərd kişilər kimi tanıyırdı, elə də tanıyırlar. Səni başa düşürəm, bu
uğursuzluqların fonunda keçib qalmısız o borularda, axı qırılmaz borulardı,
qırılmırlar ki, boruya keçən hissənizi xilas edəsiz. Vəziyyət sizin üçün
həqiqətən ağırdır. Bu yöndə məsləhət də verə bilərəm, özünüzü “Fairy” şanpunu ilə yuyun, həm
təmizlənərsiz, ləkə-məkə qalmaz, həm də şanpunlanın ki, borudan çıxa biləsiz.
Daha kişilik (qalıbsa əgər) sözünün üstündən xətt çəkib, uğursuzluqları nakişicəsinə
kiminsə ayağına yazmayın. Udanda da kişi kimi danışın, uduzanda da. Lap elə
biabır olanda da!
Bəhramın sosial şəbəkədə bu boşboğaz və ağılsız paylaşını klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev tez başa düşüb. Bəhramdan sonra özü dərhal sosial şəbəkə hesabından paylaşım edib. Çingiz müəllim bir növ Bəhramın boşboğazlığını həm təsdiq etmiş olub, həm də bunu “malalamağa” çalışıb. Abdullayevin paylaşımı isə belədir:
“Indi hami duşünəcək ki ,Sadıq Sadıqov
tagsırkardı.O, elə Neftçi üçün hər şey edirdi.Korrupsiyalı jurnalistlər,
vicdansız futbolistlər, idmanda olan digər meyarlar və coxlu başqaları hansı ki, ona da maneye törədib”.
Çingiz müəllim,
daldan atılan daş həmişə topuğa dəyib. S.S-dən ehtiyat edərək bunu yazmazdan
öncə boşboğazınızı yanınıza çağırıb, ona qulaqburması verin. Çingiz müəllim, Bəhram
ad çəkməsə də, siz onun elə Sadıq Sadıqovu nəzərdə tutduğunu demiş olduz.
Hörmətli Çingiz müəllim
və Bağırzadə, çox da qışqırıb bağırmaqla deyil, sizlər ittiham edirsiz ki,
klubda maliyyə fırıldaqları olub. Başınızı dəvəquşu kimi soxmusuz qumun altına,
arxanız qalıb çöldə, gün vurur. Siz hələ də başa düşməmisiz ki, hazırda “Neftçi”də
Müşahidə Şurasının üzvü və maliyyə məsələlərinə nəzarət edən şəxs, Cəbrayıl Cəbrayılov
və mühasib olan Qədim Əsgərli elə sizdən əvvəl də klubda pul işinə baxan şəxslər
idi. Əgər sizdən əvvəl klubda pul yeyintiləri olubsa, demək, bu iki şəxs də həmin
işlərdə barmaq sahibi olub. İndi bəs onlar niyə də hələ sizinlə işləyirlər?
Yoxsa məqsədiniz bu iki şəxsi də “vuraraq” pul işinə nəzarəti ələ almaqdı?!
Bəhram, yaxşı aktyor və futbol azarkeşi olmaq sənlik deyil! Şanpun və qırılmaz kanalizasiya borularını çox yaxşı reklam edirsən. Özünü “Neftçi”də yox, elə bacardığın bu sahədə sınamaqda davam et. İnan ki, çox yaxşı perespektivin görünür!.. “Asvijitil”i də unutma, amma qızıl gül yox, limonlu olsun!
P.S. Yuxarıda
yazılan və Bəhramın paylaşdığı o fikirlər Bağırzadəylə yanaşı “Neftçi” PFK-nın Müşahidə Şurasının
üzvü Mehdi Nəcəfova da aiddir. Nəcəfov
isə Təhsil Nazirliyinin işçisidir. Hörmətli Medi bəy, bari siz susun. “Neftçi”də
baş verənlər, ölkədə rüşvətin açıq
bazardaymış kimi ayaq tutub yeridiyi təhsil sitemindəki biabırçılıq və
rusvayçılıqdan daha abırlıdır.
P.P.S. Ölkə mediasında olan ən düşük idman jurnalisti belə sizlərdə olan vicdan anlayışının müqabilində əzəmətli palıd ağacı kimi görünür!
Vüsal
BƏBİRLİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |