AFFA-dan "Bakı"ya ağır cəza
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.Az bugünkü iclasda qəbu edilən qərarları olduğu kimi təqdim edir:
Azərbaycan Premyer Liqasının XXX turunun “Qəbələ” – “Rəvan”
matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
1000 manat cərimə olunur (maddə
40).
Oyunun 61-ci dəqiqəsində “Rəvan” klubunun 3 №-li futbolçusu Saşa
Yunisoğlu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun
cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 88-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Roman
Qriqorçuk texniki zona qaydaların pozduğuna görə 1 oyun cəzalanır, klub 1000
manat cərimə olunur (maddə
62).
Azərbaycan Premyer Liqasının XXX turunun “Neftçi” – “Qarabağ”
matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
1000 manat cərimə olunur (maddə
40).
“Neftçi” – “Qarabağ” matçının 23-cü dəqiqəsində “Neftçi”
klubunun futbolçusu Ruslan Qurbanov sarı vərəqə ilə cəzalandırılıb.
“Neftçi” klubu bu epizodla bağlı İntizam Komitəsinə müraciət
ünvanlayaraq öz etirazlarını bildirib.
İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra aşağıdakı
qərarı qəbul edir:
Oyunun 23-cü dəqiqəsində “Neftçi” klubunun 11 №-li futbolçusu
Ruslan Qurbanova simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim
tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv
olunur (maddə
19) .
Azərbaycan Premyer Liqasının XXX turunun AZAL – “Sumqayıt”
matçında AZAL və “Sumqayıt” klubunun 4 futbolçuları sarı vərəqə ilə
cəzalandığları üçün hər iki klub 1000 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXX turunun “Qəbələ” – “Rəvan” matçında
“Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat
cərimə olunur (maddə
40).
Əvəzedici heyətlərin XXX turunun “Kəpəz” – “İnter” matçında
“Kəpəz” klubunun 11 №-li futbolçusu Zahid Sadıxovhakimi təhqir etdiyinə görə
birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun
cəzalanır, klub 2000 manat cərimə olunur (maddə
42.3).
Əvəzedici heyətlərin XXX turunun AZAL – “Sumqayıt” matçında
“Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500
manat cərimə olunur (maddə
40).
I Divizionun XXII turunun “Şərurspor” – MOİK matçının 65-ci
dəqiqəsində “Şərurspor” klubunun 15 №-li futbolçusu Əbülfəz Hacıyev
ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,
klub 20 manat cərimə olunur (maddə
48).
I Divizionun XXII turunun “Energetik” – “Şahdağ” matçında
“Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100
manat cərimə olunur (maddə
40).
I Divizionun XXII turunun “Göyəzən” – “Ağsu” matçında “Göyəzən”
klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə
olunur (maddə
40).
I Divizionun XXII turunun “Qaradağ Lökbatan” – “Turan Tovuz”
matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün
klub 100 manat cərimə olunur (maddə
40).
Oyunun 90+1-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 16 №-li
futbolçusu İmran Təhmirazlı ikinci sarı vərəqə alaraq meydançadan
kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
FIFA 11.04.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq
FIFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyini
bildirib. Belə ki, “Bakı” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Marius
Pena arasında bağlanmış müqavilə şərtlərinə riayət olunmaması səbəbindən klubun
cari mövsüm aktivliyindən 6 xal silinməsini tələb edib.
Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi
tərəfindən aşağıdakı qərar qəbul edir:
1. Azərbaycan birinci divizionunda çıxış edən "Bakı" FK-nın cari mövsüm aktivliyindən 6 xal silinsin. PFL
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |