"İnter" 4 futbolçusundan məhrum olub

06.04.2016 | 2956 dəfə oxunub

Premyer Liqasının XXIX turunda AZAL-la qarşılaşacaq “İnter” paytaxt derbisinə itkilərlə hazırlaşır. Stadium.Az xəbər verir ki, 4 futbolçu həftəsonu məşqçilər korpusunun ixtiyarında olmayacaq.

 “Qəbələ” ilə son qarşılaşmada zədələnərək bir aylıq sıradan çıxan qapıçı Kamran Ağayevlə yanaşı, yarımmüdafiəçi Nizami Hacıyev və hücumçular Qara Qarayevlə Rauf Əliyev də zədədən əziyyət çəkirlər.

 XXVII turda “Neftçi” ilə matçda cəmi 10 dəqiqə oynamaq imkanı əldə edən Nizami Hacıyev hazırda həkim nəzarətindədi. Kapitan terapiya üçün tez-tez Gürcüstana gedib-gəlir və ordakı həkimlə müntəzəm əlaqədədi.

 Gənc oyunçu Qara Qarayev fərdi məşqlərlə kifayətlənirsə, uzun müddətdi futboldan uzaq qalan Rauf Əliyev kollektiv hazırlıqlara qatılır. Lakin fiziki formasını düzəltməsi üçün millimizin forvardına daha bir neçə gün vaxt lazımdı. Qarşıdakı oyunu buraxacaq Əliyevin növbəti turdan əvəzedicilərlə oyuna çıxması gözlənilir.

“İnter” – AZAL oyunu aprelin 9-da keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail