"Bakı"nın vitse-prezidenti Rövnəq Abdullayevə məktub yazıb
“Bakı” AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edib. Stadium.Az xəbər verir ki, bu haqda klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib. O, ilk öncə “Bakı”nın akademiyasının geridə qalan illər ərzindəki fəaliyyətini dəyərləndirib: “Bakı” Futbol Klubunun akademiyası 2008-ci ildən fəaliyyət göstərir. Ölkə başçısı İlham Əliyev cənablarının imzaladığı “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair dövlət proqramı”nın icrası məqsədilə “Bakı” Futbol Klubu Binəqədi rayonu Biləcəri qəsəbəsində təlim-məşq bazası və Futbol Akademiyası inşa etdirib. 2011-ci ilin sentyabrında prezident İlham Əliyev “Bakı” klubunun təlim-məşq bazasının açılışını edərək, görülən işlərə yüksək qiymət verib və bütün futbol klublarına belə təlim-məşq bazasının inşa edilməsini tövsiyə edib. Hazırda illərlə yaradılmış mükəmməl strukturun köməyi, yüksək ixtisaslı məşqçi və texniki heyətin, həmçinin məqsədyönlü aparılmış seleksiya işlərinin nəticəsidir ki, 300 gənc və perspektiv vəd edən futbolçu “Bakı” klubunun akademiyasında futbolun sirlərinə yiyələnir. Bu gün Azərbaycanın müxtəlif yaş qrupu üzrə milli komandalarında “Bakı”nın 35 yetirməsi çıxış edir. Klubumuzun adı “Bakı”dı, paytaxtı təmsil edir. Amma biz simvolik olaraq, ölkəmizin demək olar ki, bütün şəhər və rayonlarından perspektivli gəncləri akademiyamıza cəlb etmişik”. Yaşar Seyidov bildirib ki, 8 ildir Azərbaycan futboluna xidmət edən “Bakı” klubunun akademiyası hazırda maddi çətinliklər yaşayır: “Bakı” futbol klubu ölkə futbolu adına, Azərbaycanın beynəlxalq arenada yüksək səviyyəsində təmsil olunması üçün xeyli oyunçu yetişdirib. Bu gün futbolumuzda müəyyən maliyyə çətinlikləri var. “Bakı” klubu da bu prosesdən kənarda qalmır. Akademiyanın yetirmələrinin məşq etməsində, qidalanmasında, çempionat oyunlarında iştirakında maddi vəsaitə ehtiyac duyuruq. Uzun müddətdir ki, bütün bu çətinliklərə sinə gəlirik. Amma son zamanlar vəziyyət həddən artıq çətinləşib. Ona görə də AFFA prezidenti Rövnəq Abdullayevə müraciət etmək qərarına gəldik. Çətinliklərlə əlaqədar olaraq AFFA prezidentinin bizə yardım edəcəyini inanırıq”. “Rövnəq Abdullayevə göndərdiyiniz məktub artıq qəbul olunubmu” sualını “Bakı” rəsmisi belə cavablandırıb: “Bəli, məktub artıq qəbul olunub. Hazırda AFFA-yla yanaşı, digər qurumlarla da danışıqlar aparırıq. Futbolumuzun inkişafını istəyən dövlət adamlarına da müraciət edəcəyik. Vəziyyət bu cür davam edə bilməz. Bu yaxınlarda hörmətli millət vəkilimiz Fazil Mustafa da çox gözəl qeyd etdi ki, 300 uşağın taleyinə laqeyd yanaşmaq olmaz. Biz AFFA prezidentinə müraciət etmişik və hazırda qarşı tərəfdən cavab gözləyirik. Müraciətə böyük ümidimlə yanaşırıq. İnanırıq ki, Rövnəq Abdullayev lazımi tədbirlər görəcək. Düşünmürəm ki, 300 futbolçunun taleyi həll olunan bir məqamda AFFA öz sözünü deməsin”. (futbolxeber) |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |