Mircavadov: "Prosineçki klub sayının artırılmasını istəyir"
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun müsahibəsi
- Yığma komandamızın baş məşqçisi Robert Prosineçkinin Məşqçilər Komitəsinin üzvləri, eləcə də Premyer Liqa klublarının çalışdırıcıları ilə görüşü baş tutdu. Həmin görüşlə bağlı nə deyə bilərsiniz?
- Bu, ilk belə görüş idi. Hər şey yaxşı alındı. Belə görüşlərin keçirilməsi lazımdır. Əlbəttə, tez-tez yox. Çünki buna vaxt olmur. Amma müəyyən vaxtlarda keçirilməlidir. Bu toplantıdan da razı qaldıq. Bir müddət keçəndən sonra yenidən görüşəcəyik.
- Əsas müzakirə mövzusu nə oldu?
- Əsasən gənc futbolçuları müzakirə etdik. Onlar öz üzərlərində daha çox çalışmalıdırlar. 2020-ci ildə Bakıda Avropa çempionatının oyunları keçiriləcək. Ona görə də 19-20 yaşlı futbolçuların hazırlığına indidən diqqət ayırmaq vacibdir ki, həmin dövrə qədər yaxşı komanda formalaşdıraq. Həm Prosineçki, həm AFFA-nın baş katibi Elxan Məmmədov, həm də digər görüş iştirakçıları bununla bağlı öz fikirlərini, təkliflərini dilə gətirdilər. İki saatdan çox müzakirələr getdi. Daha sonra isə qeyri-rəsmi formada, çay süfrəsi arxasında söhbətləşdik. Məlum olduğu kimi, hazırda klublarımızda maliyyə vəziyyəti elə də yaxşı deyil. Sabitlik lazımdır.
- Deyilənə görə, Prosineçki çempionatımızın indiki formatından narazıdır. Bu barədə həmin görüşdə nəsə dedi?
- Bəli. O, iştirakçı komandaların sayının artırılmasının lazım olduğunu bildirdi. Belə olan halda Premyer Liqada çıxış edən futbolçuların da sayı artacaq, yığma üçün da seçim imkanı böyük olacaq. Amma reallıq budur ki, Premyer Liqada sadəcə, 10 klub iştirak edəcək gücdədir. Hələ onların da arasında "İnter", "Xəzər Lənkəran" kimi klubların ciddi maliyyə problemləri mövcuddur.
- Yeni turnirin keçirilməsi ideyası da ortaya atılıb. Necə turnir keçirmək təklif olundu ki?
- Belə bir turnirin keçirilməsini Məşqçilər Komitəsi təklif etdi. Bu turnirdə daha çox yeniyetmə futbolçuların - 18-20 yaşlıların iştirakı məqsədəuyğun hesab olundu. İlin sonunda belə turnirlər keçirmək və onu ənənə halına salmaq lazımdır. Belə olan halda U-19 yığmamızda çıxış edən futbolçuların U-21-ə keçənə qədər ortada itməsinin də qarşısını almaq mümkündür.
- Bunun üçün U-20 yığmasını yaratmaq daha düzgün olmazdımı?
- Bu ideya da var. Amma hələ onu reallaşdırmaq alınmır. Hər şey bizdən asılı deyil. Bunu zaman göstərəcək. azerisport
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |