"Nəyin bahasına olur-olsun, qələbə qazanmalıyıq"
"Bütün oyunlarımız çətin keçir, yəqin ki, "Rəvan”la görüşümüz də belə olacaq. Rəqib yeni baş məşqçi gələndən sonra yaxşı nəticələr göstərir. Ona görə də gərgin oyun olacaq”.
Stadium.az xəbər verir ki, bu sözləri "Kəpəz”in futbolçusu Ceyhun Cavadov deyib. Futbolçu Premyer Liqanın XIV turunda keçiriləcək "Rəvan”la oyun öncəsi fikirlərini klubun saytına bildirib: "Matçın əhəmiyyətini yaxşı başa düşürük və ciddi yanaşırıq. Nəyin bahasına olur-olsun, qələbə qazanmalıyıq. Vaxt az olsa da, oyuna yaxşı hazırlaşmışıq. "Rəvan”ın turnir cədvəlindəki yeri gərək bizi aldatmasın. Yaxşı yerli futbolçuları var. Qitə miqyaslı turnirdə oynamaq istəyiriksə, mütləq qış fasiləsinə kimi bütün oyunları udmalıyıq”.
Gənc yarımmüdafiəçi "Kəpəz”də icarə əsasında çıxış edir. Cavadov cari mövsümün əvvəlində "Rəvan”dan bir illik icarəyə götürülüb. Qarşıdakı görüşdə baş məşqçi Şahin Diniyev şans verəcəyi təqdirdə futbolçu müqavilə ilə məxsus olduğu kluba qarşı oynayacaq. Yeri gəlmişkən, ilk dövrədə keçirilən və "sarı-göylər”in qələbəsi ilə nəticələnən matçda Ceyhun oynamaq imkanı qazanmışdı: "Əlbəttə, şans gözləyirəm. Şahin müəllim nə vaxt məni meydana buraxmağın lazım olduğunu bilir. Oynamağa hazıram, belə imkan qazansam, əlimdən gələni edəcəyəm”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |