Şahin Diniyev: “Belə bir oyundan sonra danışmaq bir az çətindir"
Azərbaycan Premyer Liqasının XIII turunda “Qarabağ” növbəti qələbəsini qazandı. Stadium.az xəbər verir ki, Ağdam klubu “Kəpəz”i 3-0 hesabı ilə üstələdi. Oyundan sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev məğlubiyyəti belə dəyərləndirdi:
“Belə bir oyundan sonra danışmaq bir az çətindir, amma danışmamaq da olmur. Bizim itkilərimiz çox idi, lakin bütün bunlar məğlubiyyətə əsas vermir, səbəb deyil. Meydançada da zədəlilərimiz az deyildi. Bundan əlavə, cinah müdafiəçisinin olmaması bizi məcbur etmişdi ki, sistemi dəyişək. İlk hissədə Çumbinyonun fərdi yaratdığı qol epizodundan başqa “Qarabağ”ın real şansı olmadı. Futbolçularım ilk hissədə taktiki cəhətdən ağıllı oynadılar. İkinci hissədə müəyyən üstünlüyümüz vardı. İtiriləcək bir şey yox idi. Ona görə də hücuma atıldıq, oyun 1-1 hesabı ilə də bitə bilərdi. Sadəcə, oyunun sonlarında uşaq səhvlərindən qollar buraxdıq. Lakin irəli baxmaq lazımdır, uğur qazanmaq üçün səhvləri minimuma endirmək vacibdir. “Qarabağ” bizim top komandamızdır, səhvləri bağışlamır. “Qarabağ”a “Tottenhem”lə oyunda uğurlar arzu edirəm. Etiraf edim ki, biz ilk hissədə qorxaq futbol oynadıq, ikinci hissədə isə sərgilədiyimiz futbol xoşumuza gəldi”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |