"Qəbələ"dən 12 qələbə

21.11.2015 | 2438 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib. Komandalarımız müxtəlif yaş qruplarında 14 qarşılaşmada qüvvəsini sınayıb. Bu matçların yalnız birində uduzub, birində heç-heçəylə kifayətlənən təmsilçilərimiz 12 qələbə qazanıb.


Stadium.az xəbər verir ki, U-19 komanda evdə “Rəvan”ı 3:2 hesabı ilə məğlub edib. Bu qələbələrdən sonra xal hesabını 16-ya çatdırıb, çempionatın liderləri “Bakı”, “Xəzər Lənkəran” və “Zirə”yə şərik olan “qırmızı-qaralar” əlavə göstəricilərdə 3-cüdür. Komanda növbəti turda “Kəpəz”in qonağı olacaq. Keçirdiyi 7-ci oyunda da böyükhesablı qələbə qazanan U-17 səfərdə “Rəvan”ı 8 cavabsız qolla məğlub edib. 7 oyundan sonra 21 xalla yarışın lideri olan “qırmızı-qaralar” VIII turda “Qarabağ”ı qəbul edəcək.


U-16 səfərdə “Zirə”ni 6:0, evdə “Fortuna Səbail”i 4:0 hesabı ilə məğlub edib. 7 matçda 21 xal toplayan “Qəbələ” çempionatın lideridir. Komandamız növbəti turda “İnter”in qonağı olacaq.
Ardıcıl 11-ci qələbəsini qazanan U-15 təxirə salınan oyunda “Xəzər Lənkəran”ı 4:1, XII turda “Gəncə TİM”i 1:0 hesabı ilə məğlub edib. Bir oyunu təxirə salınan “Qəbələ” 11 matçda topladığı 33 xalla 1-ci pillədə qərarlaşıb. Komanda növbəti turda “İnter”in qonağı olacaq.


Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 “Neftçi” ilə görüşdən 1:0, “İnter”lə qarşılaşmada 3:0 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar” 7 oyundan sonra 19 xalla 1-ci pillədə qərarlaşıb. Komandamız növbəti turda “Qarabağ”la görüşəcək. Eyni zonada çıxış edən U-13 “Əlincə”yə 0:1 hesabı ilə uduzub, “Sumqayıt”la qolsuz heç-heçə edib. 7 oyunda 12 xal yığan komandamız 4-cü pillədə qərarlaşıb. VIII turda “Qəbələ” “Təhsil”lə üz-üzə gələcək.


U-12, U-11 və U-10 komandalarımızın çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında VI turun oyunları keçirilib. Oğuz UGİM-i ilə qarşılaşan U-12 8:0 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar” 5 oyunda 13 xal toplayaraq 2-ci yerdə qərarlaşıb. Komandamız növbəti turda İsmayıllı UGİM-ini sınağa çəkəcək. U-11 Liqasında 5-ci qələbəsini qazanan “Qəbələ” bu dəfə “Daşqın”ı məğlub edib – 7:2. 15 xalla çempionatının lideri olan komandamız növbəti turda Qax UGİM-i ilə görüşəcək. Klubumuzun U-10 komandası Yevlax UGİM-ini 10:1 hesabı ilə keçib. 6 matçda 18 xal qazanan “qırmızı-qaralar” yarışın lideridir. Komandamızın növbəti rəqibi Yevlax “Rabitəçi UGİM”i olacaq. U-19 Qızlar Liqasında debüt mövsümünü keçirən “Qəbələ” 5-ci oyununu “Sumqayıt”a qarşı keçirib. 9:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 6 xalla 4-cü pillədə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail