Kəmaləddin Heydərov hansı futbolçunu çaş baş saldı?
Azərbaycan I Divizionunun ötən (9-cu tur)
turunda (13 noyabr) baş tutan “Energetik” – “Mil Muğan” (0:4) oyununda maraqlı
hadisə yaşanıb.
Oyunun başlamasına qısa bir vaxt qalmış,
AFFA-dan xəbər gəlib ki, qarşılaşma təxirə salınacaq. Buna isə fövqəladə hallar
naziri – general-polkovnik Kəmaləddin Heydərovun gözlənilmədən Mingəçevirə səfər
etməsi səbəb olub. İş ondadır ki, naziri Mingəçevirə gətirən helekopter
qarşılaşmanın oynanıldığı Mingəçevir şəhər stadionuna enib. Buna görə də,
futbolçuları stadiondan tribunaya yollayıblar. Cənab nazirin helekopteri
stadiona enib və onu rəsmi şəxslər qarşılayıblar.
Heç kimin gözləmədiyi halda cənab Heydərov
stadionun qaçış zolağına yaxınlaşıb və “Mil Muğan”ın kapitanı Ruhid Usubova
işarə edərək “bura gəl” deyib. Bunu gözləməyən Usubov çaş-baş qalıb. Hətta
dönüb arxasına belə baxıb ki, birdən ondan geridə olan adama işarə edər nazir.
Ancaq arxasında bir adam olmadığını görən Usubov üzünü nazirə tutaraq “cənab
nazir, mən?” deyə soruşub. Heydərov isə “bəli, sən” işarəsi verib. Bunu eşidən
Ruhid isə dərhal stadiondan meydana – qaçış zolağına enib.
Bundan sonra Kəmaləddin Heydərov Usubovla bir
qədər söhbət edib. O, Ruhidə bildirib ki, “oyununuz var, yəqin ki, maneə törətdik,
amma indi tapşırıq verərəm, helekopteri stadiondan götürürlər”. Futbolçu da öz
növbəsində nazirə təşəkkürünü bildirib.
Elə də olub, bir neçə dəqiqədən sonra naziri gətirən helekopter əsas stadiondan qalxaraq, ehtiyat meydana enib. Bununla da AFFA-dan gələn göstərişin əksinə olaraq, oyun təxirə salınmayıb. Buna isə oyunların keçirilməsi və təşkili departamentinin yaltaqlığı yox, cənab nazirin alicənablığı səbəb olub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |