"Xəzər Lənkəran"dan 4 səfər qələbəsi
“Xəzər Lənkəran”ın aşağı yaş qrupları başa çatan həftədə də qələbələri sıralayıblar.
Stadium.az xəbər verir ki, uzaq Tovuz səfərinə yollanan U-17 komanda rəqibini darmadağın etməklə əbəs yerə belə uzun məsafə qət etmədiyini nümayiş etdirdi. Ağadadaş Həmidovun komandası rəqibini 7:1 hesabı ilə məğlub etdi. Bu oyunda poker etməklə Kamal Dənziyev yarışda vurduğu qolların sayını 8-ə çatdırdı (onun hesabında əvəzedicilər çempionatında da 5 qolun olduğunu unutmayaq). Kənan Həsənov bu oyunda dubl etdi, daha bir qolu isə Fərid Nağızadə rəqib qapısından keçirdi.
U-15 komandasını bu tur səfərdə “Qarabağ”la ciddi sınaq gözləyirdi. Komanda bu oyunda da quru hesablı qələbə qazanmağa nail oldu – 1:0. Yeganə qol penaltidən fərqlənən Tural Bayramovun hesabındadır.
Çərşənbə günü isə U-19 komandası “Qarabağ” səfərinə yollandı. Hafiz Əliyevin yetirmələri də 1:0 hesablı qələbə qazanmağa nail oldu. Bu oyunda da qələbə qolu penaltidən vurldu, qolun müəllifi isə Milad Bayramov oldu.
Səfərlər və qələbələr həftəsini U-16 komandası davam etdirdi. Təqvim üzrə Lənkəranda keçirilməli oyun qarşılıqlı razılıq əsasında paytaxtda baş tutdu. Yetirmələr bu görüşdə 6:1 hesablı qələbəyə sevindilər. Qolların müəllifləri: Elməddin Əsədullayev, Nurlan Fərəcli(2), Xəqani Sadıqov (2) və Cavid Cəfərov.
Bu gün isə U-15 Liqası çərçivəsində təxirə salınmış matçda komanda “Qəbələ”nin qonağı oldu. Tural Bayramov oyunda penaltidən hesabı açsa da, yekunda komanda böyük hesabla məğlub oldu – 1:4.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |