Kaue da Silva: "Əgər bu onların xoşuna gəlmirsə, etiraz etməyə haqları var"
“Neftçi”nin
braziliyalı dayaq yarımmüdafiəçisi Kaue da Silva “Rəvan”a 2:3 hesablı
məğlubiyyətdən sonra jurnalistlərə müsahibə verib:
- Qarşılaşma barədə
təəssüratlarınız necədi?
- Birinci hissədə oyunumuz yaxşı alındı. Bir neçə real qol şansımız oldu, həm də rəqibə çox hücum qurmağa imkan vermədik. Bu sözləri ikinci hissə barədə deyə bilmərəm. Çünki fasilədən sonrakı ilk 5 dəqiqədə buraxdığımız səhvlər qollar bahasına başa gəldi. Növbəti səhvimiz də qolla nəticələndi. Yəni, oyunumuz çox pis alındı.
- Azarkeşlər ikinci
hissədə komandanın üzvləri haqda təhqiredici şüarlar səsləndirdi. Onların
narazılığını başa düşürsünüzmü?
- Mən öz işimi meydanda görürəm. Əgər bu onların xoşuna gəlmirsə, etiraz etməyə haqları var. Heç bir problem yoxdu.
- 12 oyundan cəmi 3
qələbə qazanmısınız. “Neftçi” niyə bu vəziyyətə düşdü?
- Bu cür davam etsək, sözsüz, pis olacaq. Nəsə dəyişməlidi, məsələn, oyun üslubumuz. Kənardan baxan ancaq oyunumuzu görür. Amma komandanın içərisində hansı dəyişikliklərin baş verdiyini, məşqlərdə necə çalışdığımızı bilmir.
- Bəlkə klubun
daxilində ciddi problemlər var?
- Demədim ki, komandanın daxilində problemlər var. Demək istədiyim odu ki, məşq prosesində necə çalışdığımızı, əziyyət çəkdiyimizi bilən yoxdu. Əlbəttə, bu cür məğlubiyyətlər bizə çox pis təsir edir. Belə məğlubiyyətlərdən sonra bəzən gecələr də yata bilmirik.
- Problemin baş məşqçi
ilə bağlı olduğunu düşünmək olarmı?
- Bu, sizin fikrinizdi. Mən öz işimi görmək, məşqçinin tapşırıqlarını yerinə yetirmək istəyirəm.
- Əvvəlki müsahibələrinizdə uğursuz oyunları klubdan baş verən
dəyişikliklərlə bağlayırdınız. Bəlkə yeni rəhbərliklə futbolçular ortaq dil
tapa bilmir?
- Meydanda futbolu rəhbərlik oynamır. Problem qələbə qazana bilməməyimizlə bağlıdı. 3 xal qazansaq, heç kim bu cür söhbətlər etməyəcək.
- Növbəti turda əzəli rəqibiniz “Xəzər Lənkəran”la
qarşılaşacaqsınız. Bu oyuna hansı əhval-ruhiyyə ilə hazırlaşacaqsınız?
- Bu
oyuna qədər xeyli vaxtımız var. Çox çalışmalıyıq. “Rəvan”la matça baxıb
səhvlərimizdən nəticə cıxarmalı, daha sonra həmin qarşılaşma haqda
düşünməliyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |