"Almaniyaya yalnız ümüdlə gedirəm"-Aleksey Qay
"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay "Borusiya" ilə qarşılaşmaq üçün Almaniyaya yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.
- Rəqiblə oyuna hansı ümidlərlə yollanırsız?
- Almaniyaya yalnız ümüdlə gedirəm. Bacardığım qədər oyunumuzdan həzz almağa çalışacağıq. Rəqibdən xal alacağımız üçün əlimizdən gələni edərik".
- İlk oyundan sonra necə düşünürsüz? Xalla dönmək realdı?
- Əlbəttə xal qazanacağımıza inanırıq. Əgər inanmasaydıq qrup mərhələsinə gələ bilməzdik. Xal qazanmaq üçün yollanırıq.
- Bakıdakı oyundan sonra “Borussiya”nın zəif tərəflərini müəyyən edə bilmisiz?
- Elə bir komanda yoxdu ki, onun problemləri olmasın. Biz yüksək templə oynasaq və bu tempi sonadək davam edə bilsək o zaman nəticə olacaq.
- İlk oyunda kifayət qədər qol vəziyyətlərindən yararlana bilmədiz. Baş məşqçi bu çatışmazlıqların üzərində işləyib?
- Əlbəttə bunun üzərində işləmişik. Bu bizim çatışmayan cəhətimiz idi. Növbəti oyunda bələ şanslardan istifadə edib qol vurmalıyıq.
- Stadion tam dolacaq. “Borussiya”nın azarkeşlərindən çəkinmirsiz?
- Hamının yerinə cavab verə bilmərəm. Amma biz belə atmosferləri hiss etmək üçün bu turnirdə mübarizə aparırıq. Düşünürəm ki, buna öyrəşmək zamanıdı.
- Komanda iyun ayından sıx qrafiklə oynayır. Bu çətinlik yaratmır? Özünüzdə yorğunluq hiss edirsiz? 2 fərqli heyətlə oynamağın zamanı deyil?
- Heyəti dəyişmək məşqçinin işidi, buna məşqçi qərar verir. Mənim fikrimcə futbolçular yorulmayıb, hər iki cəbhədə mübarizə aparmağa gücümüz çatır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |